/ / Beynəlxalq Sərgilər Bürosunun Parisdə keçirilən 162-ci Assambleyasında “Bakı Expo 2025”in təqdimatı olub
Beynəlxalq Sərgilər Bürosunun Parisdə keçirilən 162-ci Assambleyasında “Bakı Expo 2025”in təqdimatı olub
16.11.2017 [10:30]
Noyabrın 15-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Expo 2025”in təqdimatı olub.
Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında əvvəlcə Qazaxıstanın nümayəndə heyətinin üzvləri “Astana Expo 2017” Sərgisi və sərgi çərçivəsində keçirilən beynəlxalq tədbirlər ilə bağlı məlumat veriblər. Qeyd edək ki, Astanada keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində Azərbaycan da “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub. Milli pavilyonumuz bu sərgidə ən çox ziyarət edilən məkanlardan olub.
Sonra “Dubay 2020” Ümumdünya Universal Sərgisi ilə bağlı hesabat təqdim edilib. Hesabatda sərgi ilə bağlı indiyədək görülən və nəzərdə tutulan layihələr, iştirakçı ölkələr barədə məlumat verilib. Azərbaycan bu beynəlxalq tədbirdə də milli pavilyonla geniş təmsil olunacaq.
Assambleyada Çin nümayəndə heyəti “Pekin 2019” Bağçaçılıq Sərgisi üzrə təqdimatla çıxış edib, indiyədək görülən işlərdən və yaradılacaq infrastrukturdan danışıb.
Niderlandın nümayəndə heyətinin üzvləri “Almere 2022” Bağçaçılıq Sərgisi ilə bağlı görülən işlər barədə məlumat veriblər.
Daha sonra sərginin Niderlandın Almere şəhərində keçirilməsi ilə bağlı rəmzi bayraq bu ölkənin nümayəndə heyətinə təqdim olunub.
İtaliyanın nümayəndə heyətinin üzvləri isə “Milan Triennale 2019” haqqında təqdimatla çıxış ediblər.
Sonra Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında “Expo 2025” Ümumdünya Sərgisi üçün qeydiyyata alınmış namizəd şəhərlər barədə məlumat verilib. Qeyd edək ki, Bakı ilə yanaşı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq və Fransanın Paris şəhərləri namizəd şəhərlərdir.
Yaponiya, Rusiya, Paris nümayəndə heyətlərinin üzvləri sərgiyə hazırlıqla bağlı görülən işlərdən danışıblar. Bildiriblər ki, bu cür tədbirlərin keçirilməsi xalqlar və dövlətlər arasında dialoqun genişləndirilməsində vacib rol oynayır, şəhərlərin potensialını nümayiş etdirmək üçün yaxşı imkanlar yaradır.
Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının bu sərgiyə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbula qatıldıqlarına görə nümayəndə heyətlərinin üzvlərinə minnətdarlığını bildirib.
Diqqətə çatdırılıb ki, Bakı “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər kimi insan kapitalının inkişafı mövzusu ilə çıxış edir. Zəngin təbii ehtiyatları olan ölkəmizdə son illərdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlərdən danışan Samir Şərifov bildirib ki, Azərbaycanın əsas zənginliyi 10 milyon vətəndaşıdır. Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan Qlobal Rəqabətlilik İndeksinə görə 137 ölkə arasında 35-ci yeri tutub. Ölkəmizin daim inkişafda olduğunu vurğulayan Samir Şərifov Azərbaycanın birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula-1 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Samir Şərifov Azərbaycanın hazırda 50 böyük şəhərlə hava əlaqəsinin olduğunu deyib və 2025-ci ilə qədər bu rəqəmin 100-ə çatdırılacağını bildirib.
“Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri qeyd edib ki, ölkəmiz “Expo-2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq. Bu sərgi bəşəri müxtəlifliyi təmin edəcək və bütün millətlərə iştirak etmək imkanı yaradacaq. Bu təşəbbüsün cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini deyən Samir Şərifov vurğulayıb ki, 20 mindən çox könüllü “Expo 2025” sərgisində əsas gücümüz olacaq. Avropa və Asiyanın kəsişməsində yerləşən Bakı qədim sivilizasiyanın beşiyidir, dünyəvi və çoxmillətli şəhərdir.
“Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun üzvü Məryəm Qafarzadə bildirib ki, Azərbaycanın paytaxtı namizəd şəhər kimi bu sərgidə əsasən insan amilinə üstünlük verir. Bu cür sərgilər bütün insanları bir millət kimi birləşdirir. “Sərginin əsas mövzusu “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” olacaq”, - deyən Məryəm Qafarzadə Azərbaycanda həyata keçirilən dövlət siyasəti sayəsində tez bir zamanda insan kapitalının təkmilləşməsi sahəsində qazanılan uğurlardan danışıb, ölkəmizdə minlərlə təhsil, idman və sağlamlıq müəssisələrinin yaradıldığını, yoxsulluq və işsizliyin 5 faizdən aşağı düşdüyünü, savadlılığın yüksək olduğunu bildirib. O, “Bakı Expo 2025” çərçivəsində təşkil olunması nəzərdə tutulan müxtəlif proqramlar, konsertlər və digər mədəni tədbirlər müstəvisində insan kapitalı mövzusunun müzakirə olunacağını qeyd edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov ölkəmizin “Expo” hərəkatının fəal üzvü olduğunu bildirib, Azərbaycanın ilk dəfə “Hannover Expo 2000” sərgisində iştirak etdiyini, Milanda keçirilən “Expo 2015” sərgisində isə milli pavilyonumuzun mükafata layiq görüldüyünü və pavilyonumuzu 3 milyondan çox insanın ziyarət etdiyini və bu pavilyonun hazırda Bakıda Bulvar ərazisində qurulmaqda olduğunu diqqətə çatdırıb.
Azərbaycanın davamlı və sürətlə inkişaf etdiyini deyən Elçin Əmirbəyov Bakının hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Expo” kəndi salınacağını bildirib. “Bakı Expo 2025” sərgisinin qurulacağı sahə barədə danışan Birinci vitse-prezidentin köməkçisi bildirib ki, ərazi rəmzi olaraq səkkizguşəlidir. Gələcək üçün ümid və istək nümunəsi olan bu rəmz Azərbaycanın müxtəlifliyini tərənnüm edir. Azərbaycan mədəniyyətinin digər aspektlərindən ilhamlanaraq, Bakının tarixi qala divarları daxilindəki qədim şəhəri və qədim İpək Yolu boyunca səyahət edən tacirlərə ev sahibliyi etmiş karvansaray dizaynlı pavilyonumuzu təsvir edən Elçin Əmirbəyov sərginin mədəni irsimizin bir hissəsi olan xalça naxışları ilə bəzədiləcəyini bildirib. “Expo 2025”dən sonra isə yaradılacaq infrastruktur şəhərimizin gözəl guşələrindən biri olacaq.
Azərbaycana etimad göstərilməsinin vacibliyini vurğulayan Birinci vitse-prezidentin köməkçisi “Bakı Expo-2025” üçün nəzərdə tutulan məkanda tamaşalar, sərgilər və təqdimatlar keçirilməsi üçün geniş imkanların yaradılacağını bildirib. Vurğulayıb ki, “Expo” hərəkatının sadiq tərəfdaşı kimi Azərbaycan bu məsələyə böyük məsuliyyətlə yanaşır.
Təqdimat zamanı Azərbaycan haqqında və Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş olunub. Filmlərdə bəşəriyyət üçün çox vacib olan insan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması mövzusunu 2025-ci ildə Bakıda müzakirə etməyə dəvət səslənir.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

