Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi başa çatıb
17.11.2017 [10:15]
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb.
Noyabrın 16-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qəsəbəyə baş çəkib, görülən işlərlə maraqlanıb.
Baş nazirin müavini Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı və tikinti şirkətlərinin rəhbərləri ilə birlikdə mənzillərdə yaradılan şəraitlə maraqlanıb və tikinti işlərinin növbəti mərhələsində inşa edilən klub-icma mərkəzinə baxıb. Mərkəzin binası 150 yerlik geniş zaldan, kitabxana və digər otaqlardan ibarətdir. Bina lazımi inventar və avadanlıqlarla təmin edilib.
Sonra qəsəbədə inşa edilən 50 yerlik uşaq bağçası ilə tanışlıq olub. Burada yataq, oyun, soyunub-geyinmə, dərnək və tibb otaqları, mətbəx və anbar var. İstilik sistemi və zəruri avadanlıqla təchiz olunan bağçada iki qrup fəaliyyət göstərəcək.
Baş nazirin müavini daha sonra poçt binasına, inzibati binaya, həmçinin “Azəravtoyol” ASC-nin 13 nömrəli xüsusi təyinatlı Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərsu” ASC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi üçün tikilmiş binalara baxıb. Əli Həsənov qəsəbənin yüksək keyfiyyətlə təhvil verilməsi, eləcə də əkin sahələrinin suvarma suyu ilə təminatı, dren kanallarının təmizlənməsi ilə bağlı tapşırıq və tövsiyələr verib.
Jurnalistlərə müsahibə verən Əli Həsənov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlıda birinci mərhələdə 50 ev və məktəb binası tikilib. Dövlətimizin başçısı yenidən qurulan qəsəbənin açılışında iştirak edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 50 ailə bura köçürülüb. Bu ailələr artıq öz doğma kəndlərində, doğma torpaqlarında yaşayırlar. Burada əkin-biçinlə məşğul olan sakinlər özləri üçün yeni həyat qururlar. Bu yeni həyatı Cocuq Mərcanlı sakinlərinə Prezident İlham Əliyev bəxş edib.
Baş nazirin müavini deyib: “Cocuq Mərcanlı Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 1993-cü ildə işğaldan azad olunmuşdu. Lakin strateji Lələtəpə yüksəkliyi düşmənin əlində olduğu üçün burada yaşamaq mümkün deyildi. Ötən ilin aprel döyüşlərində bu yüksəklik geri alındı və Azərbaycan Ordusu bununla bütün dünyaya nümayiş etdirdi ki, işğal altındakı torpaqları azad etmək iqtidarındadır. Aprel döyüşləri erməniləri elə silkələdi ki, onlar hələ də özlərinə gələ bilmirlər. Xüsusən, son dövrlər işğal altında olan ərazilər ətrafında gedən müzakirələr də göstərir ki, istər Minsk qrupunun həmsədr dövlətləri, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistana iradlar ciddi şəkildə artmaqdadır. Başda cinayətkar prezident Sarkisyan olmaqla, bütün Ermənistan rəhbərliyi, hətta orada yaşayan əhali də təşviş içərisindədir. İşğalçı ölkənin rəhbərliyi çıxış yolu axtarır ki, öz cinayətkar rejimini necə davam etdirsin. Ancaq bu, mümkün olan məsələ deyil”.
Qəsəbənin tikintisi barədə məlumat verən Əli Həsənov bildirib ki, yeni evlər öz sahiblərini gözləyir. Cocuq Mərcanlı sakinlərindən qəsəbəyə köçürülmək üçün Komitəyə artıq 300-ə qədər ərizə və müraciət daxil olub. Birinci mərhələdə bura 50 ailə köçürülüb. Seçim zamanı kim torpaqda işləyə biləcəksə, ona üstünlük verilir. Növbəti 100 ev üçün də seçim belə olacaq. Tezliklə yeni sakinlərini qəbul edəcək Cocuq Mərcanlı bu gün gözəl məktəbi, uşaq bağçası, bütün infrastrukturu, suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları olan müasir və abad bir qəsəbədir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

