Novruz Məmmədov: Gənclər YAP-a üzv olmağı özlərinə qürur hesab edirlər
21.11.2017 [10:06]
“Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası (YAP) haqqında danışarkən birinci növbədə qeyd etmək lazımdır ki, bu, Cənubi Qafqazın ən böyük partiyasıdır. YAP XX və XXI əsr miqyasında götürsək, dünyanın ən böyük siyasi və dövlət xadimlərindən biri Heydər Əliyevin təşəbbüsü, iştirakı və xeyir-duası ilə yaradılmış bir partiyadır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
Prezidentin köməkçisinin sözlərinə görə, bu gün Azərbaycanın keçdiyi yol, qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi möhtəşəm layihələr, nəqliyyat dəhlizləri, qaz və neft kəmərləri, dəmir yolları və s. hamısında YAP-ın öz töhfəsi vardır: “Burada əsas səbəb də odur ki, bu gün hakim partiya olan YAP xalqın partiyasıdır. Yəni bu partiya xalq ilə iqtidar arasında bir körpü kimi birliyi təmin edir. Bu gün Azərbaycanın qazandığı bütün uğurlarda, keçdiyi şərəfli yolda YAP-ın böyük rolu vardır.
YAP həm üzvlərinin sayına, həm də fəaliyyətinə görə həmişə öndə olan, ölkənin keçdiyi bütün proseslərdə fəal iştirak edən bir partiyadır. Bu gün YAP-ın üzvlərinin sayı getdikcə artır. Bunun böyük əhəmiyyəti vardır. Həmçinin bu, çox vacib bir məsələdir. Bu, o deməkdir ki, insanların bu partiyaya inamı var. YAP novator partiyadır, həm daxili, həm xarici siyasətdə ölkə maraqlarından çıxış edərək əməkdaşlıq əlaqələrini qurur. YAP Mərkəzçi Demokratlar İnternasionalı adlı beynəlxalq qurumla da sıx əməkdaşlıq edir. YAP öz gücünə, fəaliyyətinə görə xüsusi yer tutur. Bu partiya, eyni zamanda, gənclərin partiyasıdır. YAP-da gənclərin sayı çoxdur. Gənclər bu partiyaya üzv olmağı özlərinə qürur hesab edirlər, partiyanın fəaliyyətinə öz töhfələrini verirlər.
Düşünürəm ki, Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlarda da YAP-ın böyük rolu olub. Əlbəttə, bu, təbiidir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın Sədridir. Düşünürəm ki, Azərbaycanın müstəqilliyi, sabitliyi, təhlükəsizliyi, davamlı inkişafı əbədi olacaq. Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev və xalqımız bu partiya ilə birlikdə hələ uzun müddət uğurlu, nailiyyətlər dolu yolunu davam etdirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53

