/ / Əli Həsənov: Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması 2018-ci ildə də davam etdiriləcək
Əli Həsənov: Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması 2018-ci ildə də davam etdiriləcək
27.12.2017 [10:13]
Fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələri mükafatlandırılıb
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqənin qalibi olan jurnalistlər iştirak ediblər.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
O, bu ilin Azərbaycan üçün uğurlu olduğunu, IV İslam Həmrəyliyi Oyunları keçirildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini diqqətə çatdırıb. “İslam Həmrəyliyi İli” ilə bağlı KİVDF tərəfindən keçirilən tədbirlərdən danışan V.Səfərli bu ilin həm də jurnalistlər üçün ikinci binanın istifadəyə verilməsi, 255 jurnalistin mənzillə təmin olunması, eyni zamanda, jurnalistlər üçün üçüncü binanın təməlinin qoyulması ilə yadda qaldığını deyib. KİVDF-nin icraçı direktoru Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən son müsabiqəyə də marağın böyük olduğunu vurğulayıb. Bildirib ki, müsabiqəyə 66 KİV-dən 19 istiqamət üzrə 153 yazı təqdim edilib. Hər istiqamət üzrə birinci, ikinci və üçüncü yerlər üçün müvafiq olaraq 500, 400 və 300 manat mükafat nəzərdə tutulub.
Sonra mərasimdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Prezidentin köməkçisi Azərbaycanda medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıran Əli Həsənov deyib ki, başa çatmaqda olan ildə İslam ölkələri arasında həmrəyliyi gücləndirmək üçün Azərbaycan tərəfindən xaricdə və ölkə daxilində mühüm tədbirlər keçirilib. Bu sırada İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd etmək lazımdır.
Prezidentin köməkçisi Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bütün dünyada yaşayan soydaşlarımızın birliyinə nail olunması üçün mühüm amil kimi dəyərləndirib. Azərbaycanda dövlət ilə xalqın birliyinə nail olunmasında medianın rolundan danışan Əli Həsənov deyib ki, mətbuat dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır.
Yola saldığımız ilin jurnalistika üçün uğurlu olduğunu vurğulayan Əli Həsənov deyib: “Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması 2018-ci ildə də davam etdiriləcək. 2017-ci ildə 255 jurnalist ailəsi yeni mənzillə təmin olundu. Prezident İlham Əliyevin vurğuladığı kimi, jurnalistlərə qayğı davam etdiriləcək”.
Əli Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilən Xocalı və digər soyqırımları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması 2018-ci ildə də KİV-in diqqət mərkəzində olmalıdır.
Sonra müsabiqədə birinci yeri tutan jurnalistlərə mükafatlar təqdim edilib. Qaliblər arasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Zahid İlhamoğlu da var.
Daha sonra Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək 2017-ci ildə Azərbaycan mediasının daha da püxtələşdiyini, peşəkarlığının artdığını söyləyib. Azərbaycan jurnalistlərinin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdiyini xatırladan Ə.Amaşov mətbuat nümayəndələri adından dövlətimizin başçısını bir daha təbrik edərək deyib: “2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. İnanıram ki, Prezident İlham Əliyev yenidən namizədliyini irəli sürəcək. Əminəm ki, Azərbaycan jurnalistləri mətbuatımızın dostu olan Prezident İlham Əliyevin namizədliyini bu seçkilərdə də dəstəkləyəcəklər”.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral 2017-ci ilin Azərbaycanın İslam həmrəylinə töhfəsi baxımından mühüm il olduğunu söyləyib. O, qarşıdan gələn ilin Azərbaycan üçün daha uğurlu olacağına inandığını deyib. Səfir Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan jurnalistlərinə təbriklərini çatdırıb.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

