/ / Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələri sarsılmaz təməl üzərində qurulub
Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələri sarsılmaz təməl üzərində qurulub
18.01.2018 [10:11]
Yanvarın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Səməd Seyidov Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğunu, münasibətlərimizin hər zaman başqa dövlətlərə nümunə olduğunu söyləyib. Qeyd olunub ki, qardaş ölkələrimiz eyni istiqamətdə, eyni dəyərlər uğrunda fəaliyyət göstərir, bundan sonra da bu, belə davam edəcək. Komitə sədri Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, Azərbaycanın hər zaman bu fəlsəfə ilə yaşadığını vurğulayıb.
Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin ölkəmizə bu səfəri böyük əhəmiyyət daşıyır. Üç gündən sonra Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri - 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd ediləcək. Bu qanlı faciə Azərbaycan tarixinin şərəf səhifəsidir. Eyni zamanda, 2018-ci il Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən məqamlarla zəngindir. Belə ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunacaq. Səməd Seyidov türk həmkarlarının səfərini bu əlamətdar hadisə ilə bağlı mənəvi dəstək kimi dəyərləndirib.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Azərbaycana səfərindən məmnunluq duyduqlarını ifadə edib. O bildirib ki, 2018-ci ildə ilk səfər üçün məxsusi olaraq qardaş Azərbaycanı seçiblər. Çünki Azərbaycan üçün önəmli olan hər şey Türkiyə üçün də eyni əhəmiyyəti daşıyır. Qonaq görüşə gəlməzdən əvvəl Şəhidlər xiyabanını ziyarət etdiyini, Azərbaycanın bu qanlı faciədə qurban verdiyi yüzlərlə igid oğul və qızlarının xatirəsini ehtiramla yad etdiyini vurğulayıb. Bildirib ki, dünyada Azərbaycan və Türkiyə qədər şəhid verən üçüncü ölkə yoxdur. Xalqlarımızın azadlığı, müstəqilliyi yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsi unudulmayacaq.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı maraq doğuran məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb. Problemin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Türkiyə dövlətinə minnətdarlıq ifadə edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20

