/ / Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
19.01.2018 [10:21]
Baş nazirin müavini Əli Həsənov Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın 18-də Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi üçün əlavə maliyyələşdirmə” layihəsi ilə bağlı müzakirələr aparılıb.
Baş nazirin müavini Əli Həsənov Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. O, Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər zəngin təcrübə toplandığını, indiyədək həyata keçirilən layihələr zamanı heç bir anlaşılmazlığın olmadığını, missiya üzvlərinin ölkəmizdə öz işlərinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb. Dünya Bankının bu missiyasının da fəaliyyəti ilə bağlı məlumatlı olduğunu qeyd edən Əli Həsənov deyib: “Missiya ölkənin müxtəlif bölgələrində olub, layihə yerlərində görülən işlərlə tanış olub. Hesab edirəm ki, kifayət qədər lazımi işlər görülüb”.
Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi layihə yerlərində olduqlarını, görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıb.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib. Komitə sədri “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi üçün əlavə maliyyələşdirmə” layihəsinin də uğurla icra olunacağına əminliyini ifadə edib.
Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin sayəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir.
Dünya Bankı tərəfindən həyata keçirilən bir çox layihələrdən danışan Navid Hasan Naqvi ölkəmizdə həyata keçirilən layihələrə dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Sosial inkişaf üzrə baş mütəxəssis və tapşırıq qrupunun rəhbəri Robert Vrobel və sosial inkişaf üzrə baş mütəxəssis Rebekka Lakrua üç gün ərzində layihə yerlərində olduqlarını, layihənin bütün komponentləri ilə tanış olduqlarını, görülən işlərin keyfiyyətinin daha da yaxşılaşmasının, əldə olunan irəliləyişlərin təqdirəlayiq olduğunu vurğulayıblar.
“Gəlirgətirmə komponenti üzrə də yaxşı nəticələr var. Göz önündədir ki, artıq məcburi köçkünlər bu layihədən bəhrələnirlər və gəlirlərini artırırlar”, - deyə Rebekka Lakrua vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00

