/ / XİN: Ermənistan prezidenti AŞPA-dakı çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı
XİN: Ermənistan prezidenti AŞPA-dakı çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı
25.01.2018 [10:13]
Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas ədalətsizlik və ya Ermənistan rəhbərliyinin dediyi kimi, “ədalətin defisiti”, ilk növbədə, Azərbaycanın suveren ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qalması və onların bütün fundamental hüquqlarının pozulmasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasında çıxışına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin həllinə dair öz üzərinə öhdəliklər götürsə də, bunları hələ də yerinə yetirməyib. Avropa Şurası üzv dövlətlər arasında vahid hüquqi məkanın formalaşdırılmasına məsul olduğu halda, Avropa Şurasının üzv dövləti olaraq Ermənistan digər üzv dövlət olan Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir. Güc tətbiq edərək digər dövlətin tanınmış sərhədlərini dəyişdirmək və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir.
“Ümid etmək istərdik ki, Avropa Şurasının rəhbərliyi bu kimi məsələləri, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulmuş bütün fundamental hüquqları pozulmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarını Ermənistan rəhbərliyi qarşısında qaldırıb.
Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyi bütün beynəlxalq ictimaiyyətə bəllidir və bu mövqe dəstəklənir. Azərbaycanın mövqeyinin əsasını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı təşkil edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan icması ilə birlikdə Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilər.
Münaqişənin həllində irəliləyişə nail olmaq üçün mərhələli prosesin tərkib hissəsi kimi, ilk növbədə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı rayonlardan Ermənistan qoşunları çıxarılmalı, növbəti addımların atılması üçün zəmin yaradılmalıdır. Bu, münaqişənin həllində yeganə mümkün və real həll variantıdır.
Bununla işğala və təcavüzə məruz qalmış tərəf kimi Azərbaycanın etimadı təmin olunmalıdır. 2017-ci ilin avqustunda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoaqland digər həmsədrlərlə həmrəy şəkildə münaqişənin həlli üzrə atılmalı olan mərhələli addımları açıqladı. Bu günlərdə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov tərəfindən də münaqişənin mərhələli həlli barədə açıqlama verildi.
Mürəkkəb xarakter daşıyan Ermənistan-Azərbaycan münaqişəsinin bir sənədlə həll edilməsinə dair Ermənistanın iddiası utopiyadır və münaqişənin həllinə imkan verməmək üçün bəhanədən başqa bir şey deyildir.
Ermənistanın 2016-cı ilin aprelində təmas xətti boyunca mülki insanları ağır silahlardan hədəfə alması bizə Ermənistan prezidentinin şəxsən iştirak etdiyi Xocalı soyqırımının acılarını bir daha xatırlatdı. Azərbaycan silahlı qüvvələrinin əks-həmlə tədbirləri ilə Ermənistanın mülki insanlara qarşı təxribat və hücumlarının qarşısı alındı.
1988-ci il Sumqayıt hadisələrinin SSRİ rəhbərliyi, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Ermənistan SSR DTK tərəfindən təşkil olunması SSRİ Baş Prokurorluğu tərəfindən aparılan və Azərbaycan Baş Prokurorluğu tərəfindən təkrar icraata götürülən istintaq vasitəsilə təsdiq olunub. Sumqayıt hadisələrinin təşkilatçısı və onu törədən şəxs əslən erməni Eduard Qriqoryan müəmmalı şəkildə Ermənistanda həbsdən azad edilib. Hazırda onun xüsusi himayə altında harada olduğunu Ermənistan rəhbərliyi gözəl bilir.
Sumqayıtda törədilmiş cinayət araşdırıldı və onun iştirakçısı olan şəxslər, o cümlədən azərbaycanlılar ən ağır cəza növü ilə cəzalandırıldılar. Ermənistan ərazisində, işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş heç bir cinayət işi, o cümlədən insanlıq əleyhinə cinayət əməli olan Xocalı soyqırımı araşdırılmayıb.
Avropa Şurası Parlament Assambleyasındakı çıxışı ilə Ermənistan rəhbərliyi yenə də beynəlxalq ictimaiyyəti aldatmağa, Ermənistanda mövcud olan köklü siyasi, iqtisadi və sosial problemlərdən diqqəti yayındırmağa çalışıb.
Ermənistan rəhbərliyi nəhayət başa düşməlidir ki, nə qədər tez münaqişə həll olunarsa, bir qədər də tez Ermənistan əhalisi yaranacaq regional əməkdaşlıq imkanlarından faydalana biləcək”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

