Azərbaycan Koreya ilə münasibətlərin inkişafına böyük önəm verir
25.01.2018 [10:10]
Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Yanvarın 24-də Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizin Koreya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini vurğulayıb. Bildirilib ki, dövlət başçılarının görüşləri, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayıb.
Milli Məclisin sədri 2017-ci ilin yayında Seulda keçirilmiş Avrasiya Ölkələri Parlament Sədrlərinin ikinci müşavirəsində iştirakını xatırlayaraq, səfər çərçivəsində keçirilən görüşləri qanunverici orqanlar səviyyəsində əməkdaşlığın dərinləşməsi baxımından əhəmiyyətli hesab edib. Bildirilib ki, bu sahədə dostluq qruplarının rolu böyükdür. Oqtay Əsədov qonağa Koreya tərəfdən dostluq qrupunun rəhbəri kimi gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edilib ki, nümayəndə heyətlərimiz müxtəlif beynəlxalq qurumlarda mütəmadi görüşür, onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparırlar. Ölkələrimizin bu qurumlarda bir-birini dəstəkləməsi günün tələbidir. Sədr ötən ilin avqustunda Bakıda keçirilmiş Dünya Skaut Komitəsinin 41-ci konfransında və 13-cü Dünya Skaut Gənclər Forumunda Koreya nümayəndə heyətinin iştirakını və Milli Məclisdə keçirilən görüşlər zamanı aparılan danışıqları müsbət dəyərləndirib. Bildirilib ki, Azərbaycan tərəfinin dəstəyi ilə tədbirdə 43-cü konfransın Koreya Respublikasında keçirilməsi qərara alınıb. Oqtay Əsədov daha sonra qeyd edib ki, Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya “Ekspo” sərgisinə 2025-ci ildə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb. Biz bu məsələdə Koreya Respublikası tərəfindən ölkəmizin namizədliyinin dəstəklənməsinə ümid edirik.
Söhbət zamanı siyasi müstəvidə münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd edən sədr iqtisadi sferada da əlaqələrimizin dərinləşdiyini söyləyib. Bildirilib ki, əməkdaşlığı daha da inkişaf etdirmək üçün geniş imkanlar var. Bu gün Koreyanın Hyunday, Samsunq, LG kimi şirkətləri ölkəmizdə təqdirəlayiq fəaliyyət göstərirlər.
Dinamik inkişaf edən Azərbaycan regional və qlobal layihələrin reallaşmasına öz töhfəsini verir. Bir neçə ay bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı bu fikri bir daha təsdiqləyir. Qədim İpək Yolunun dəmir relslər üzərinə keçirilməsi Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalarını iki dəfədən az müddətə icra etməyə imkan verir. Biz Koreyanın da bu layihəyə qoşulmasını tərəflər üçün önəmli hesab edirik.
Elm və təhsil sahəsində də münasibətlərimiz dərinləşməkdədir. Koreyanın dəstəyi ilə Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi üzrə layihə həyata keçirilir. 80 azərbaycanlı tələbə bu ölkədə təhsil almaqdadır. Mədəniyyət sahəsində də müsbət nəticələr əldə edilməkdədir. Bütün bunlar əməkdaşlığımızın gələcəyinə böyük ümidlərlə baxmağa imkan verir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Su Koreya parlament sədrinin salamlarını Oqtay Əsədova çatdırıb. O, Milli Məclis sədrinin Seula səfərlərini və parlament sədrlərinin görüşündə iştirakını yüksək qiymətləndirib. Qonaq bildirib ki, Azərbaycanın gücünün gözlə görünən və görünməyən tərəfləri var: “Mən belə hesab edirəm ki, onun gücü insanlarında və liderindədir. Ölkə başçısının bacarığı və səyi nəticəsində qısa müddət ərzində əldə edilmiş nailiyyətlər göz qabağındadır.
Koreya Respublikası Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verir. Biz belə hesab edirik ki, parlamentlər səviyyəsində münasibətlərimizin daha da möhkəmlənməsi həyatın digər sahələrində əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcək”.
Söhbət zamanı parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi və digər məsələlər ətrafında danışılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev, Koreya Respublikasının ölkəmizdəki səfiri Kum Çang Gyu və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

