/ / Yarımçıq siyasətçi və yarımçıq tarixçiyə qısa tarix xatırlatması, yaxud K.Zatulin nəyə görə qərəzli danışır?!
Yarımçıq siyasətçi və yarımçıq tarixçiyə qısa tarix xatırlatması, yaxud K.Zatulin nəyə görə qərəzli danışır?!
29.03.2018 [10:42]
Konstantin Zatulin Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavinidir. Ancaq bu zatın fəaliyyəti, tam əksinə, MDB ölkələri ilə və eyni zamanda, postsovet məkanında yaşayan rusiyalılarla əlaqələri korlamaqdan ibarətdir. Bu isə onun üzvü olduğu Vahid Rusiya fraksiyasının siyasi məqsədləri ilə izah edilə biləcək fəaliyyət deyil. K.Zatulin həmişə milli etnik zəmində qarşıdurmanı qızışdırmaqda ittiham olunub. Gah əməkdaşlıq yaratmalı olduğu hansısa MDB ölkəsi tərəfindən persona non-qrata elan edilib, gah da hansısa tanınmayan bir separatçı rejimin “prezident seçkiləri”ni legitimləşdirmək üçün müşahidəçi statusunda orada iştirak edib. Ən nəhayət, öz yarımçıq tarixi bilgiləri və yarımçıq siyasətçi keyfiyyətləri ilə Azərbaycan Prezidentinin fikirlərini şərh etmək cəsarəti göstərib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib: “Xatırladaq ki, K.Zatulin Krımda separatçılığı dəstəklədiyinə və millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən persona non-qrata elan edilib, 2008-ci ildə Simferopol aeroportunda saxlanılıb və bir daha bu ölkəyə girməsi qadağan edilib. Elə həmin vaxt Ukrayna əleyhinə radikal fikirlər səsləndirdiyinə görə xəbərdarlıq alıb, 2017-ci ildən isə dövlət axtarışındadır. 2010-cu ildə K.Zatulin separatçı Dağlıq Qarabağ rejiminin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən persona non-qrata elan edilib. 2014-cü ildə isə Abxaziyada keçirilən seçki şousunda yenə eyni rolu oynayıb. Yəni, K.Zatulinin siyasətçi mahiyyəti natamamdır, etnik separatçıların dəstəkçisidir və bu, o qədər barizdir ki, bəzən onun siyasi məqsədləri vətəndaşı olduğu dövlətin belə rəsmi maraqları nöqteyi-nəzərindən anlaşılan deyil.
Ona görə də K.Zatulinin kiminsə fikirlərini qeyri-ciddi adlandırmağa heç bir haqqı yoxdur. Çünki qeyri-ciddi biri varsa, o da elə Zatulindir. Ciddi siyasətçi hər şeydən əvvəl öz dövlətinin, qonşu və tərəfdaş ölkələrin maraqlarını nəzərə alan siyasətçidir. Təəssüf ki, Zatulin MDB ölkələri ilə əməkdaşlığa məsul şəxslərdən biri kimi, əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir. Bununla da təkcə həmin ölkələrin rəsmi strukturlarının deyil, eyni zamanda, MDB-də yaşayan çoxminli rus icmasının da qınağına tuş gəlir, onların mənafeyini tapdalamış olur. Ciddi siyasətçilər isə heç vaxt bunu etmirlər”.
Milli Məclisin deputatı qeyd edib ki, Zatulinin tarixi təfəkkürü və tarixi şərhetmə “istedadı” da elə onun “siyasətçi istedadı”ndan heç də geri qalmır. “Tarix keçmiş siyasət, siyasət isə hazırkı tarixdir” fikrini nəzərə alsaq, onda gərək K.Zatulin həm keçmiş siyasət olan tarixə ciddi yanaşsın, həm də bu günün siyasətçisi kimi gələcəkdə tarix olacaq sözləri və fikirlərində obyektiv olsun. Çox təəssüf ki, Zatulində bunların heç biri yoxdur. Bunun iki səbəbi ola bilər. Ya doğrudan da Moskva Dövlət Universitetinin tarix fakültəsinin məzunu olan Zatulin universitetdə oxuyarkən qədim dünya tarixi dərslərinə girməyib, ya da tarixi bilərəkdən təhrif edir. Hər ikisi olduqca pis haldır. Heç bir Roma imperiyası xəritəsində “Böyük Hayk” yazısı yoxdur. Xüsusilə də indiki Azərbaycanın inzibati siyasi sərhədləri elə indiki Ermənistan da daxil olmaqla heç bir xəritədə Böyük Hayk kimi göstərilmir. Bu ərazi müxtəlif dövrlərdə Sarmatiya, Albaniya, Midiya və s. kimi göstərilir ki, bu ərazilər də həmişə Roma İmperiyası sərhədlərindən kənarda qalır. Roma xəritələrində müasir Azərbaycan və Ermənistanın, yəni, tarixi Qərbi Azərbaycanın sərhədlərindən kənarda göstərilən ərazi isə Qıpçaq türklərinin vətəni kimi göstərilir. 1800-cü illərdən sonra çar Rusiyası tərəfindən Azərbaycana, onun qərb hissəsi olan İrəvan, Zəngəzur, Göyçə və Qarabağa köçürülən haylar xristian olduqları üçün bu yerlərin avtoxtonları olan xristian qıpçaqlarının mədəniyyətinə və adına sahib çıxdılar. Həmin qıpçaqlar öz dillərini və mədəniyyətlərini zorən haylara verməli oldular. Beləliklə, ilk dəfə tarixdə yalnız 1800-cü illərdən “hay” və “hayk” sözləri Cənubi Qafqazda işlənməyə başladı. Tarixçi Zatulinə tarixi yaddaşını təzələmək üçün bir şeyi də xatırladaq ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarının bir hissəsi İrəvan paytaxt olmaqla gəlmə haylara 100 illiyə icarəyə verildi ki, onlar da özlərinə dövlət qursunlar, əvəzində isə Zəngəzura, Göyçəyə, Qarabağa iddia etməsinlər. Azərbaycan Prezidenti də bu tarixi həqiqətə və yaddaşa söykənərək deyir ki, biz öz tarixi torpaqlarımıza qayıdacağıq, Göyçəyə, İrəvana, Zəngəzura qayıdacağıq. Bu mövqe isə beynəlxalq hüquqa və ümumiyyətlə, onun prinsiplərinə zidd deyil. Çünki beynəlxalq hüquq tərəfindən tanınan ən təməl hüquqlardan biri insanın doğulduğu torpaqlarda yaşamaq hüququdur. Azərbaycanda isə bu hüquqdan məhrum edilmiş insanların sayı bir milyondur. Onların 250 mini Ermənistandan, 750 mini isə Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayondan 1988-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən zorla, qəddarcasına qovulub. Prezident İlham Əliyev də hər bir Azərbaycan vətəndaşının hüquqlarının təminatçısı kimi, bu hüququ təmin edəcəyindən danışıb. Ona görə də bu çağırış Prezident İlham Əliyevin beynəlxalq nüfuzuna xələl yox, hörmət gətirir. Çünki bu fikirlərdə başqa ölkənin torpaqlarını işğal etməyə yox, beynəlxalq hüquqa hörmətə, tarixə obyektiv yanaşmağa, insanların dinc və bir arada yaşamasına çağırış var.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

