/ / Əli Kərimlinin Rusiyadakı anti-azərbaycançı dairələr tərəfindən maliyyələşdirilməsi ilə bağlı yeni detallar ortaya çıxıb
Əli Kərimlinin Rusiyadakı anti-azərbaycançı dairələr tərəfindən maliyyələşdirilməsi ilə bağlı yeni detallar ortaya çıxıb
02.06.2018 [10:14]
Aşkar olunan faktlar AXCP sədrinin istintaqa cəlb edilməsini şərtləndirir
Azərbaycanın siyasi palitrasında dağıdıcı ünsür kimi tanınan, xalqın etimadını tamamilə itirmiş radikallar və autsayderlər bu zamana qədər anti-Azərbaycan dairələrdən aldıqları direktivlər əsasında “siyasi canfəşanlıq” göstəriblər. Daha doğrusu, xaricdəki anti-azərbaycançı dairələrdən maliyyələşən və korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən radikalların nümayiş etdirdiyi antimilli fəaliyyət bəhs olunan ünsürlərin, o cümlədən autsayderlər toplusu olan qondarma qurumlarının nəyə “qadir olduğunu” və kimlərə xidmət etdiyini dəfələrlə aşkar edib.
Əli Kərimli müxtəlif mənbələrdən AXCP-yə və qondarma “Milli şura”ya ayrılan vəsaitləri mənimsəyib
Digər tərəfdən, bəhs olunan radikal ünsürlər maddi maraqlar, həmçinin siyasi ambisiyalar naminə təmsil olunduqları və idarə etdikləri təşkilatlardan biznes vasitəsi kimi istifadə etməkdən də çəkinməyiblər. Məsələn, Əli Kərimli AXCP-dən və qondarma “Milli şura”dan istifadə edərək kifayət qədər maddi gəlir əldə edib, bu təşkilatlara müxtəlif mənbələrdən ayrılan külli miqdarda vəsaiti mənimsəyib. Heç uzağa getməyək. Bu günlərdə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilmişdi ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurumun ölkəmizdə və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməsinə dair kifayət qədər sübutlar toplanıb. İş üzrə dindirilmiş şəxslər qanunsuz əməlləri etiraf ediblər.
2 il ərzində Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul göndərilib
Bunlarla yanaşı, KİV-də yer alan məlumatlardan da görünür ki, Azərbaycan siyasətinə müdaxilə məqsədinə xidmət edən, qoca kinorejissor Rüstəm İbrahimbəyovun və baş nazirin keçmiş müavini Abbas Abbasovun vasitəsi ilə tərtib olunan “Milli şura” layihəsinin Moskvada əsasının qoyulmasından sonra məhz Əli Kərimli anti-Azərbaycan xarakterli fəaliyyətini davam etdirməklə yanaşı, çoxsaylı maliyyə maxinasiyalarına yol verib. Belə ki, AXCP-nin Rusiyada məskunlaşmış fəal üzvü Saleh Məhərrəm oğlu Rüstəmovun heroinlə həbs olunmasından sonra meydana çıxan faktlar Azərbaycan siyasətinə maddi vəsaitlər vasitəsilə müdaxilə cəhdlərini aşkar edib. Bu şəxs öz partiya yoldaşı və “əqidə” dostu Qənimət Zahidin təklifi ilə 2012-ci ildə Moskvaya gedib və Rusiyada məskunlaşan keçmiş AXCP üzvlərinin şəbəkəsini formalaşdırıb. Məqsəd məhz bu qrup vasitəsi ilə AXCP-nin Azərbaycanda fəaliyyətinin maliyyələşdirilməsi olub. Bu proses çərçivəsində S.Rüstəmov 4 il sonra - məhz 2016-cı ildə Moskvada öz ticarət qurumunda, tabeliyində işləyən Jenya Adolfovanın adına “Sberbank”da hesab açıb, mütəmadi olaraq, yəni hər ay 30.000 ABŞ dolları məbləğində maliyyə vəsaitini Bakıda yaşayan qardaşı oğlu Vidadi Rüstəmliyə çatdırıb. Bu, müəyyən şəxslər vasitəsilə həyata keçirilib. “WhatsApp”da partiyanın 16 nəfər keçmiş üzvündən ibarət qrup yaradılıb və məlum “maliyyə əməliyyatı” çərçivəsində bu şəxslər arasında ünsiyyət məhz bu cür formalaşdırılıb. Maddi vəsaitlər Moskva şəhərində qeyri-rəsmi pul köçürmələri ilə məşğul olan Vüqar adlı şəxs vasitəsilə göndərilib. Bakıda isə Vidadi Rüstəmli həmin maddi vəsaiti alaraq AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Gənclər Komitəsinin Ali Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun vasitəsilə rəhbərliyə ötürüb. AXCP sədri Əli Kərimli isə pulu aldıqdan sonra ona “WhatsApp” qrupunda təşəkkürünü ifadə edərək “bəy, sağ ol, çatdı” sözlərini yazıb.
Hələ məsələ bununla bitmir. Yayılan məlumatlara görə, Əli Kərimli ona göndərilən maddi vəsaitdən hazırda Fransada yaşayan Qənimət Zahid üçün də “pay” saxlayıb. O, mütəmadi olaraq - hər ay Q.Zahidin rəhbərlik etdiyi televiziya kanalının saxlanılması üçün bu şəxsə 2000-2500 ABŞ dolları məbləğində pul göndərib. Nəticə etibarilə, 2016-cı ilin martından 2018-ci ilin martına kimi - düz 2 il ərzində Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul göndərilib.
Maliyyə maxinasiyası Əli Kərimlinin qanun qarşısında cavab verməsini zəruri edir
Əlbəttə, AXCP sədrinə ötən müddət ərzində Moskvadan külli miqdarda vəsaitin ötürülməsi sıradan bir məsələ deyil və qeyri-qanuni məqamları ilə səciyyələnir. Partiyanın sədri Əli Kərimli aldığı maliyyə vəsaiti ilə əlaqədar sosial şəbəkədə paylaşdığı status vasitəsilə müəyyən etiraflar edib. Üstəlik, o, S.Rüstəmli ilə bağlı “bizə qarşı ifadə versə də, yenə də müdafiə edəcəyik” deyərək bu şəxsə ismarıc da ötürüb: məqsəd S.Rüstəmlinin digər gizli məqamları aşkar etməməsinə nail olmaqdır. Bütün hallarda reallıq budur ki, Əli Kərimli bu cür “maliyyə əməliyyatı”nda iştirak edərək ciddi qanunsuzluqlara yol verib və pulların qanunsuz olaraq mənimsənilməsi faktı AXCP sədrinin istintaqa cəlb edilməsini şərtləndirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16

