Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Milli Məclisdə olublar
05.06.2018 [10:01]
İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Gənclər Birliyinin bir qrup üzvü Milli Məclisdə olub.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı rayonundan deputat Sevinc Fətəliyeva qonaqlara parlamentin fəaliyyəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, qəbul edilən sənədlər barədə məlumat verib. O, 2018-ci ilin Prezident tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin təsadüfi olmadığını, bu ilin xalqımızın şərəfli tarixində parlaq bir səhifə olduğunu vurğulayıb.
Görüşdə iştirak edən parlamentin komitə sədrləri Siyavuş Novruzov və Ülvi Quliyev, millət vəkili Kamran Bayramov vurğulayıblar ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı qısa müddətdə mövcud problemlərin həllində xüsusi rol oynadı. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə Gənclər Günü təsis olundu, respublika gənclərinin ilk Forumu keçirildi, idman sahəsində böyük nailiyyətlərə imza atıldı. Azərbaycanda gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirmək, həyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün qanunvericilik bazası yaradıldı, böyük kapital qoyuluşları reallaşdırıldı. Bu gün gənclər Azərbaycanın güclü dayaqlarından birinə çevriliblər. Ölkəmizdə gənclərin bütün istiqamətlərdə fəaliyyəti üçün geniş imkanlar yaradılıb. İndi gənclərimiz proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. YAP Gənclər Birliyi isə bu gücün Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissəsidir.
Görüşdə ölkəmizdə gənclər siyasəti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, gənclərə dövlət dəstəyi və qayğısı, Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlər, həyata keçirilən dövlət proqramları barədə geniş fikir mübadiləsi aparılıb. Gənclərlə keçirilən belə görüşlərin əhəmiyyəti vurğulanıb, bu ənənənin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda gənclər onlar üçün yaradılmış bu fürsətə görə parlament rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onları maraqlandıran suallar Milli Məclisin deputatları tərəfindən cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35

