/ / Prezident İlham Əliyev İsveçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İsveçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10.07.2018 [09:33]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammann ölkəmizə səfərindən məmnunluğunu bildirərək deyib ki, gəlişlərində məqsəd Azərbaycanda gedən inkişaf prosesləri ilə tanış olmaqdan və ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı məsələləri müəyyənləşdirməkdən ibarətdir. Eyni zamanda, qonaq səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində iştirakı ilə bağlı daha ətraflı məlumat almaqda maraqlı olduğunu deyib. Yohan N.Şnayder-Ammann İsveçrə ilə Azərbaycan arasında Dünya Bankı və Beynəlxalq Valyuta Fondu çərçivəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib.
Qonaq TANAP layihəsinin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. O, Prezident İlham Əliyevin hər il Davos İqtisadi Forumunda iştirakına görə minnətdarlığını bildirib.
Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin çox uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Prezident İlham Əliyev müxtəlif sahələrdə biznes əlaqələrinin genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu vurğulayıb və bu baxımdan ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsi, qarşılıqlı investisiyaların qoyulması sahəsində yaxşı təcrübənin olduğunu deyib. Yohan N.Şnayder-Ammann ilə Davosda görüşünü xatırlayan Prezident İlham Əliyev bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək və əməkdaşlığımız bundan sonra da genişlənəcək. Prezident İlham Əliyev əminliyini ifadə edib ki, Azərbaycan iqtisadiyyatı gələcək illərdə də daha da inkişaf edəcək, ölkəmiz xeyli sayda sənaye və infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırır və Azərbaycan bu işlərdə İsveçrə şirkətlərinin iştirakında maraqlıdır.
Söhbət zamanı qeyd olunub ki, Bakıda keçirilən İsveçrə-Azərbaycan Biznes Forumu və orada həm İsveçrədən, həm Azərbaycandan böyük sayda biznes nümayəndələrinin iştirakı iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51

