/ / Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyi münasibətilə gənc tədqiqatçılar arasında keçirilən müsabiqəyə yekun vurulub
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyi münasibətilə gənc tədqiqatçılar arasında keçirilən müsabiqəyə yekun vurulub
09.10.2009 [09:40]
Komitənin sədri Hicran Hüseynova XX əsrin görkəmli ziyalılarından, elm təşkilatçılarından biri olan Aida İmanquliyevanın 70 illik yubileyinin ölkəmizin elmi ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirib. Nəcib insan, gözəl alim Aida xanım İmanquliyeva şərqşünaslıq elminə böyük töhfələr verdiyi kimi, həm də öz ardıcıllarını yetişdirib, gənc alimlərə diqqət və qayğı ilə yanaşıb, onlara elmi potensiallarının üzə çıxmasında dəstək olub. “Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri” adlı müsabiqə də görkəmli alimin xatirəsinə həsr olunub.
Şərqşünaslıq İnstitutunun direktoru, Millət Məclisin deputatı Gövhər Baxşəliyeva Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının tədqiq olunmasında məxsusi xidmətlərindən danışıb. Deyib ki, professor A.İmanquliyevanın dərin nəzəri bilikləri, analitik təfəkkürü, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini mükəmməl bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir sıra xarici ölkələrdə geniş şöhrət qazandırıb. Alim AMEA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi illərdə bu elm ocağının təkmilləşdirilməsi üçün böyük işlər görüb, gözəl alimlər hazırlayıb. Onun yetirmələrinin çoxu indi elmlər doktorudur və Aida xanımın elmi məktəbini uğurla davam etdirirlər. Yubileyi münasibətilə gənc alimlər arasında keçirilən müsabiqə isə böyük əhəmiyyət daşıyır.
Konfransda çıxış edən Bakı Dövlət Universiteti ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev deyib ki, Aida İmanquliyeva dövlət işində müvəffəqiyyətlə çalışan, elmi fəaliyyətlə ciddi məşğul olan istedadlı alim idi. Onu təkcə Azərbaycanda deyil, bir çox xarici ölkələrdə də tanıyırdılar. Aida İmanquliyevanın elmi araşdırmalarının zirvəsi olan “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyası keçmiş ittifaq, o cümlədən Azərbaycan şərqşünaslığında mühüm hadisə olub. Alimin ərəb ədəbiyyatına dair məqalələri, beynəlxalq elmi konfrans və simpoziumlardakı çıxışları yeni ərəb ədəbiyyatının daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən biridir. Bütün bilik və bacarığını Azərbaycan elminin tərəqqisinə həsr etmiş Aida xanım İmanquliyeva şərqşünaslıq elmimizi müxtəlif nüfuzlu beynəlxalq tədbirlərdə ləyaqətlə təmsil edib.
Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunan “Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri” müsabiqəsinin nəticələri elan olunub. Bildirilib ki, müsabiqədə magistr, aspirant, dissertant və alimlər iştirak etmişlər. Müsabiqəyə 15 elmi tədqiqat əsəri təqdim olunmuşdu. Nüfuzlu alim-ərəbşünaslar, təcrübəli elm xadimlərinin daxil olduğu münsiflər heyəti araşdırmadan sonra üç ən yaxşı elmi işin müəllifini qalib elan edib. Birinci yerin qalibi, filologiya elmləri namizədi Bəsirə Əzizəliyevaya mükafatı alimin qızı, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva təqdim edib. Sonra digər qaliblərə də mükafatlar verilib, müsabiqənin 12 iştirakçısına isə diplomlar təqdim olunub. 1-ci yerin qalibi B.Əzizəliyeva çıxış edərək görkəmli şərqşünas alim A.İmanquliyevanın əlamətdar yubileyi münasibətilə keçirilən müsabiqənin qalibi olmasından iftixar hissi duyduğunu bildirib. Daha sonra konfrans iştirakçıları görkəmli şərqşünas alim A.İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Onu da qeyd edək ki, oktyabrın 9-dan 11-dək Bakıda alimin yubileyinə həsr edilən “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumu keçiriləcək. Tədbirdə alimin zəngin tədqiqatları və araşdırmalarına dair müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

