Abdullah Gül: Ermənistanla dialoqu fasiləsiz davam etdirəcəyik
16.10.2009 [09:40]
Bursa valisi Şahabettin Harput prezident Abdullah Gülün dəvəti ilə Türkiyə və Ermənistan futbol maçını izləmək üçün Bursaya gələn Ermənistan dövlət başçısı Serj Sərkisyanın şərəfinə ziyafət verib. APA-nın ziyafətdə iştirak edən əməkdaşının məlumatına görə, “Almira” otelindəki qapalı ziyafətə Türkiyə və xarici media orqanlarından təmsilçilər qonaq kimi dəvət ediliblər. Futbol matçından sonra ziyafət salonuna gələn Abdullah Gül və Serj Sərkisyan Türkiyədəki erməni icmasının nümayəndələri ilə söhbət ediblər. Media təmsilçilərinin suallarını cavablandıran Türkiyə prezidenti Abdullah Gül son 13 ayda çox böyük məsafə qət edildiyini bildirib: “İki ölkə arasında buzları bu qədər əridə biləcəyimizə çox adam yəqin ki, inanmazdı. Bunu bacardığımıza görə çox sevinirik”. Söhbətdə iştirakçıların “Bu yol sizi Osloya - Nobel mükafatına qədər apararmı?”sualına cavab verən Türkiyə prezidenti deyib ki, bizim mükafat almaq kimi bir narahatlığımız yoxdur: “Biz öz işimizi ən yaxşı şəkildə görərək bölgəyə sülh və rifah gətirmək istəyirik. Ona görə də ölkələrimiz arasındakı dialoqu fasiləsiz davam etdirəcəyik”.
“Milliyyət” qəzetinin köşə yazarı Taha Akyol isə Serj Sərkisyana bildirib ki, onun Türkiyəyə gəlişini alqışlayır və bu prosesə ürəkdən dəstək verir. Salondan verilən “Geri dönüşü olmayan bir yola girildimi?” sualına isə Serj Sərkisyan gülümsəyərək cavab verməyib. “Şarl Aznavur və başqa sənətkarların Türkiyədə konsertlər verməsinə necə baxırsınız?” sualının cavabında Serj Sərkisyan deyib ki, onların çoxu bizim Türkiyə ilə heç bir ön şərt olmadan münasibət yaratmağımıza normal baxırlar: “Proseslərin kənar müdaxilə olmadan irəliləməsindən yaxşı şey ola bilməz”. APA təmsilçisinin Sərkisyana ünvanladığı “Cərəyan edən proseslərdən məmnun olduğunuz görünür. Bu proses Qarabağın işğaldan azad edilməsinə nə dərəcədə təsir göstərəcək?” sualına cavab olaraq Ermənistan prezidenti bildirib ki, “Biz daha ciddi işlərlə, məsələn, Türkiyə-Ermənistan münasibətlərinin normallarşdırılması ilə məşğuluq”. APA-nın Türkiyə və Ermənistan dövlət başçılarına verdiyi “Buradan Azərbaycana müştərək mesaj vermək istərdinizmi?” sualı isə cavabsız qalıb. Sərkisyanı yola salarkən Türkiyə prezidenti Abdullah Gül deyib ki, “əgər qalıb qonağımız olun desəm, bunu söz gəlişi demiş olaram. Ona görə də “Yolçu yolunda gərək” deyirəm. Qazaxıstana gedəcəyinizi bilirəm. Hörmətli Nazarbayevə salamımı yetirin. Ona deyin ki, bizim atdığımız addımlara diqqətlə yanaşsın”. Ziyafətdə iştirak edən iş adamı Şarık Tara Serj Sərkisyana bildirib ki, gələcəkdə enerji layihələri ilə bağlı Ermənistana sərmayə qoymağa hazırdır. Ziyafətdə Türkiyədəki yəhudi icmasının bəzi liderləri ilə yanaşı, idmana cavabdeh dövlət naziri Faruk özak, AKP Bursa millət vəkilləri, MHP Ankara millət vəkili Toğrul Türkeş də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35

