/ / Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” filminin Londonda təqdimatı olub
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” filminin Londonda təqdimatı olub
01.11.2018 [09:15]
Böyük Britaniyanın və dünyanın ən nüfuzlu mədəniyyət mərkəzlərindən biri olan Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında “Son iclas” bədii-sənədli filminin təqdimatı olub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
AZƏRTAC xəbər verir ki, Londonda təşkil olunan təqdimatda çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Rəşad Vahabzadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və mövcud olduğu 23 ay ərzində qazandığı nailiyyətlər barədə danışıb.
“BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Son iclas” filmi haqqında danışıb. O, BP şirkətinin bu filmin ərsəyə gəlməsində iştirakından qürur duyduqlarını bildirib.
Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizəsi əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.
Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Təqdimat mərasiminin iştirakçısı Bob Batler filmlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Filmi izlədikdən sonra Azərbaycanın tarixi haqqında çox maraqlı faktlar öyrəndim. Bu film yüksək səviyyədə çəkilib, zövq aldım”.
Mərasimin digər iştirakçısı Nikolas Sauzvel bildirib: “Əla ekran əsəri izlədik, aktyorların oyununu xüsusi qeyd etmək istəyirəm. Bu, tamaşaçıya Azərbaycanın tarixi haqqında məlumat vermək baxımdan əla filmdir. Yüz il əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilib. Bu, hətta Böyük Britaniyadan da əvvəl olub. Azərbaycanda olmamışam, amma ölkəniz haqqında təsəvvürlərim çox müsbətdir. Tezliklə oraya səfər etməyi planlaşdırıram”.
Antropoloq alim Tamara Draqadze qeyd edib: “Filmdən zövq aldım. Peşəkar bir sənət əsəri izlədim. Aktyorların oyunu, səhnə quruluşu, hər şey əla idi. Arxiv materiallarından istifadə edilməsi filmin belə gözəl alınmasına səbəb olub”.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olub. Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Cümhuriyyətin 100 iliyi münasibətilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilib. Bakı Media Mərkəzi də Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün “Son iclas” bədii-sənədli filmini ərsəyə gətirib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.
“Son iclas” filminin ilk təqdimatı mayın 25-də Bakıda Heydər Əliyev Mərkəzində olub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

