Siyasi ekspert: Azərbaycan ilə Belarus arasında yüksəksəviyyəli qarşılıqlı etimad mövcuddur
21.11.2018 [08:41]
Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri çərçivəsində qəbul edilmiş birgə qərarlar, imzalanmış sənədlər iki ölkə arasında uzun illərə söykənən dayanıqlı münasibətlərin məntiqi nəticəsidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, prezidentlərin görüşündə bütün sahələri əhatə edən müxtəlif məsələlər barədə danışıldı və ən əsası, Belarusun ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli aspektlərdən diqqəti cəlb etmiş oldu. Bu gün Belarus istər MDB məkanında, istərsə də dünyada öz iqtisadiyyatı, sənayesi, xüsusilə hərbi imkanları ilə mühüm gücə malik ölkələrdən hesab olunur. Əbəs deyil ki, Prezident Aleksandr Lukaşenko dövlətimizin başçısı ilə görüşündə Azərbaycanın Belarus üçün etibarlı strateji tərəfdaş olduğunu vurğuladı və bildirdi ki, Belarus Azərbaycanla dostluğu və əməkdaşlığı yüksək qiymətləndirir. Bundan başqa, Aleksandr Lukaşenko Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazır olduqlarını qeyd etdi ki, burada təhlükəsizlik, hərbi və strateji məsələlər də yer alır.
“Ölkələrimiz arasındakı münasibətlərin məhz bu istiqamətdə qurulması yüksək etimadın göstəricisi olaraq qiymətləndirilməlidir”, - deyən “SƏS” Media Qrupunun rəhbəri əlavə edib ki, Belarus Avrasiya İttifaqı və KTMT kimi təşkilatlarda əsas söz sahiblərindən biridir və hər zaman regional məsələlərdə Azərbaycanın ədalətli mövqeyindən çıxış edir. Bu amil bu yaxınlarda da öz təsdiqini tapmış oldu. Ermənistanın KTMT-də boş qalmış yeri məsələsində işğalçı ölkənin növbəti namizədinin irəli sürməsi iddiasına Belarus Qazaxıstanla birgə qəti mövqe sərgilədi və həmin mövqe qurumun sammitində erməniləri ciddi şəkildə məyusluğa uğratdı. Bununla yanaşı, Belarus Ermənistanın hazırkı rəhbərliyinə rəsmi şəkildə öz fikrini çatdıraraq, beynəlxalq siyasətin küçə siyasəti ilə bir yerdə ola bilməməsini vurğuladı. Ümumiyyətlə, görünən budur ki, belə bir dəstək artıq özü-özlüyündə ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə inkişaf etdiyini göstərir.
Bəhruz Quliyev deyib ki, Prezident İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasına, nəqliyyat, logistika, maşınqayırma sənayesi, neft-qaz layihələrinin həyata keçirilməsi, həmçinin digər sənaye sahələrindəki davamlı əlaqələrə toxunaraq bu dinamikanın ilbəil artdığını vurğuladı. Bütün bunlar əlbəttə ki, Azərbaycanın istər MDB məkanında, istərsə də dünyadakı nüfuzunun artmasının göstəriciləridir. Azərbaycan-Belarus münasibətləri və həmin münasibətlərdən doğan reallıqlar da birmənalı olaraq bu kimi qənaətlərə gəlməyə kifayət qədər zəmin yaratmış oldu.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

