Aleksandru Giboi: Yalan informasiyadan müəyyən maraqlar üçün istifadə olunur
22.11.2018 [09:21]
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən və artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyəti düşündürən qlobal problemlərin həlli yollarının tapılması istiqamətində səmərəli müzakirələrin aparılması baxımından çox mühüm platformadır. Dünyaya önəmli sülh və dostluq mesajları verilən bu Forumun əhəmiyyəti ondan ibarətdir ki, burada humanitariyanın bir çox sahələri ilə yanaşı, media ilə bağlı mühüm məsələlərin müzakirəsi də diqqət mərkəzində olur. Bu nəcib təşəbbüsə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Bu sözləri Rumıniyanın AGERPRES milli xəbər agentliyinin sabiq baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi, VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Aleksandru Giboi AZƏRTAC-a müsahibəsində söyləyib.
Aleksandru Giboi deyib ki, Forum çərçivəsində AZƏRTAC tərəfindən təşkil olunmuş “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyada medianın gələcəyi ilə bağlı çox mühüm məsələlər müzakirə olundu. Mən də bu sessiyada çıxış etdim. Dəvətə və işçi sessiyanın yüksək səviyyədə təşkilinə görə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkür edirəm.
A.Giboi deyib: “Forum yüksək səviyyədə keçdi. “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyanı isə Humanitar Forumun güzgüsü adlandırmaq olar. Fikir mübadiləsində iştirak etmək, dünya xalqlarının nümayəndələri ilə görüşmək, təcrübəmizi paylaşmaq son dərəcə vacibdir. Kommunikasiya hər hansı bir problemin həllində açar rolunu oynayır”.
İşçi sessiyanın mövzusuna toxunan A.Giboi yalan informasiyadan müəyyən maraqlar üçün istifadə olunduğunu bildirərək deyib: “Feyk xəbərlər insanların həyatına, hətta dövlətlərin fəaliyyətinə təhlükə yaradır. Onların qarşısının alınmasında xəbər agentlikləri çox vacib rol oynayır. Bu möhtəşəm forum çərçivəsində medianın problemlərinə xüsusi yer ayrılması çox sevindiricidir”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

