/ / Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur
Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur
27.11.2018 [09:45]
Ekspertlər Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət etməklə yanaşı, regional əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edirlər
Praqmatik və çoxvektorlu xarici siyasət həyata keçirən Azərbaycan ikitərəfli və çoxtərəfli əlaqələrini uğurla davam etdirir. Ölkəmizin qarşılıqlı faydalı əməkdaşlığa malik olduğu dövlətlərdən biri də Türkmənistan Respublikasıdır. Bu gün iki ölkə arasında qarşılıqlı maraqlara xidmət edən münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Yeri gəlmişkən, ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin 21-22 noyabr tarixlərində Türkmənistana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına xidmət etməklə yanaşı, regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Nizami Cəfərov deyib ki, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi önəm kəsb edir. Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayır. Millət vəkili qeyd edib ki, indiyədək Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov istər qarşılıqlı səfərlər zamanı, istərsə də beynəlxalqsəviyyəli tədbirlərdə çoxsaylı görüşlər keçiriblər.
“Belə görüşlər Azərbaycanla Türkmənistan arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət etməklə yanaşı, yeni perspektivlər yaradıb. İki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri də böyük aktuallıq daşıyır. Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlərdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində, yeni çalarlarla zənginləşdirilməsində maraqlı olduqlarını xüsusi olaraq diqqətə çatdırıblar. Həqiqətən də, Azərbaycanla Türkmənistanı yalnız Xəzər dənizi, eyni coğrafiya birləşdirmir. Hər iki ölkəni ortaq məxrəcə gətirən siyasi, iqtisadi, mədəni-humanitar maraqların dairəsi kifayət qədər genişdir. Həm Azərbaycan, həm də Türkmənistan Xəzərin dostluq, əməkdaşlıq hövzəsinə çevrilməsində, zəngin karbohidrogen ehtiyatlarının işlənməsinin ölkələrin və bütövlükdə regionun rifahına xidmət etməsində maraqlıdırlar. Əsas məqamlardan biri isə odur ki, Azərbaycanla Türkmənistanı çoxəsrlik ortaq dəyərlər, o cümlədən dərin tarixi köklər, mənəvi və mədəni dəyərlər birləşdirir”, - deyə N.Cəfərov əlavə edib.
Milli Məclisin deputatı Tahir Rzayev isə bildirib ki, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına, eyni zamanda, regional əməkdaşlığın dərinləşməsinə xidmət edir: “Tərəflər arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Eyni zamanda, Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu, iki ölkə arasında münasibətlərin səmimiliyini və qarşılıqlı etimada əsaslandığını göstərir”.
Millət vəkili əlavə edib ki, Azərbaycan və Türkmənistan arasında iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da inkişafı diqqət mərkəzində saxlanılır: “Bununla yanaşı, hər iki ölkə regionda əməkdaşlıq və təhlükəsizliyə müstəsna töhfələr verir. Bu baxımdan, “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanmasını xüsusi diqqətə çatdırmaq lazımdır. Elə səfər zamanı imzalanmış dövlət başçılarının Birgə Bəyanatında da bu məsələ öz əksini tapıb. Birgə Bəyanatda qeyd edilib ki, prezidentlər 2018-ci il 12 avqust tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini qeyd etdilər”.
“Səfər çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də xüsusi diqqət mərkəzində oldu. Təsadüfi deyil ki, imzalanan 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə nəqliyyat təhlükəsizliyi üzrə əməkdaşlıq məsələsinə aiddir. Ümumiyyətlə, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmiryol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm strateji əhəmiyyətə malikdir. Bu, hər iki ölkənin maraqlarına, eləcə də regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir”, - deyən T.Rzayev əlavə edib ki, bütövlükdə Azərbaycan ilə Türkmənistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

