Pərvin Kərimzadə: 2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı
29.06.2019 [10:51]
2019-cu il Azərbaycanın tarixinə sosial müdafiə və sosial rifah ili kimi daxil oldu. Əhalinin sosial müdafiəsinin daha da güclənməsi ilə xarakterizə olunan ilin ilk ayında atılan addımlar, imzalanan Fərman və sərəncamlar insan amilinin Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq etdi. Sevindirici haldır ki, 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf kimi dövlətimizin tarixinə düşdüsə, 2019-cu il sosial inkişaf və rifah ili kimi öz təsdiqini tapdı.
Bu fikirləri “Trend”ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı, tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli Sərəncamı ilə sentyabrın 1-dən minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması ölkədə həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandığını sübut etdi: “Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən inqilabi islahatlar həm də sübut etdi ki, ölkəmizin güclü iqtisadi imkanları var. Bu gün sosial sahədə atılan addımların təməlində isə Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları dayanır”.
Xəbər lenti
Hamısına baxİdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43

