/ / ATƏT-in iclasında Azərbaycanın milli azlıqların hüquqlarının qorunması sahəsində nailiyyətlərindən danışılıb
ATƏT-in iclasında Azərbaycanın milli azlıqların hüquqlarının qorunması sahəsində nailiyyətlərindən danışılıb
25.09.2019 [09:25]
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, hər il payızda keçirilən bu tədbirdə ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsinə dair hesabat verirlər. Yekun iclasda ATƏT-ə üzv olan 57 ölkə ilə yanaşı, beynəlxalq təşkilatlar, QHT-lər də iştirak edirlər. Tədbir sentyabrın 27-dək davam edəcək.
Sentyabrın 24-də sözügedən tədbirin “Tolerantlıq və qeyri-ayrı-seçkilik. Milli azlıqlara mənsub olan şəxslərin hüquqları” mövzusuna həsr olunmuş 12-ci işçi sessiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edib, tədbir iştirakçılarına ölkəmizdə dövlət tərəfindən milli azlıqların hüquqlarının qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
E.Nəcəfov çıxışında Azərbaycanda milli azlıqların hüquqlarının qorunmasının ölkəmizin multikulturalizm siyasəti çərçivəsində həyata keçirildiyini bildirib. O, Azərbaycan Respublikasının multikulturalizm siyasəti çərçivəsində ölkədə yaşayan milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin yüksək səviyyədə həll olunduğunu qeyd edərək burada milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən mühüm işlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şöbə müdiri konkret faktlara əsaslanaraq, qeyd edib ki, 2004-cü ildən indiyədək ölkə regionlarının sosial-iqtisadi inkişafına, o cümlədən milli azlıqların kompakt yaşadıqları regionların sosial-iqtisadi inkişafına yönəlib və hər biri 5 ili əhatə edən 4 dövlət proqramı qəbul olunub. Əvvəlki 3 proqramın hər biri uğurla icra edilib. Bununla yanaşı, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər çərçivəsində bir neçə Prezident sərəncamlarının imzalandığı diqqətə çatdırılıb. Bu sərəncamlara əsasən, milli azlıqların kompakt yaşadıqları cənub, şimal və şimal-qərb bölgələrində sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və s. sahələrdə böyük layihələr həyata keçirildiyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41

