/ / Pərvin Kərimzadə: Son bir ayda baş verən hadisələr Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı oldu
Pərvin Kərimzadə: Son bir ayda baş verən hadisələr Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı oldu
02.11.2019 [09:46]
Bu gün Azərbaycan Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevirilib. Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirilməsi nəticəsində Azərbaycanın istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artır. Son 1 ayda baş verən hadisələr isə Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.
Deputat qeyd edib ki, bu il oktyabrın 3-də Rusiya Prezidenti və dörd ölkə liderinin iştirakı ilə Soçidə baş tutan “Valday” Beynəlxalq Diskussiya Klubunun Asiya problemlərinə həsr olunan əsas plenar iclası Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatla yadda qaldı. Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin işğal altındakı Xankəndidə söylədiyi “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına kəsərli cavab verərək, ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Oktyabrın 11-də Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi. İşğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa edən dövlətimizin başçısı İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə Yerevanda heykəlin qoyulmasının erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsi olduğunu gündəmə gətirdi. Prezident İlham Əliyev Ermənistanın siyasi rəhbərliyinin faşizm ideologiyasını həm də faktlarla ifşa etdi, Ermənistanın apardığı işğalçı siyasətin faşizmə olan sevgisini dünya ictimaiyyətinə çatdırdı. Həmçinin faşizm ideologiyası ilə silahlanmış Ermənistanın təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəli olduğunu diqqətə çatdırdı.
Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə həvalə olunmasının qlobal miqyasda artan nüfuzun göstəricisi, Prezident İlham Əliyevin son 16 ildə nümayiş etdirdiyi prinsipial, çevik və qətiyyətli siyasətin təntənəsi, uğurlu xarici diplomatiyanın bəhrəsi olduğunu qeyd edən Pərvin Kərimzadə bildirib ki, bu, Azərbaycanın dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni platformada yer aldığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında dünya birliyini ədalətə, sülhə çağırması, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün ikili standartlara son qoyulmasının vacibliyini qəti şəkildə vurğulaması, ölkəmizin uğurlarını səsləndirməsi Azərbaycanın bəşəri ideyalara sadiqliyini bir daha göstərdi.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42

