2009-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində intensiv danışıqlar ili kimi yadda qalacaq
29.12.2009 [10:28]
Hələ 2008-ci ilə yekun vurub yeni ilin ilk günlərini yaşayarkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından bu ilin həlledici ola biləcəyi ilə bağlı fikir və proqnozlar səslənməkdə idi. Şübhəsiz ki, bütün bu fikirlərin istinad nöqtəsi, daha dəqiq desək, optimist proqnozların gün işığına çıxmasına səbəb ötən ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Moskvada münaqişənin həllinə dair Bəyannamənin imzalanması idi. Amma geridə qoyduğumuz 12 ay ərzində təəssüf ki, bu optimist əhval-ruhiyyənin konkret həll sazişi ilə tamamlanmasının şahidi olmadıq. Buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda 2009-cu ili digər dövrlərdən kəskin fərqləndirən bir sıra detallar yadda qaldı...
Diplomatik mübarizədə bir addım öndə...
2009-cu ilin əvvəlindən Azərbaycan münaqişənin həlli istiqamətində çox konkret, prinsipial mövqe ortaya qoyub və dünya birliyinin, xüsusilə, ABŞ, Rusiya, Fransa və digər dövlətlər başda olmaqla, aparıcı dövlətlərin və beynəlxalq təşkilatların diqqətini münaqişənin həllinin vacibliyinə yönəldə bilib. Rəsmi Bakı ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasətin təməl prinsiplərinə uyğun olaraq istənilən ölkə ilə, təbii ki, təcavüzkar Ermənistan istisna olmaqla, yaxın münasibətlər qurur. Bu xarici siyasət kursunun prioritetlərindən biri də Ermənistanı bu və ya digər formada müdafiə edən ölkələri neytral vəziyyətə gətirməkdir. Dağlıq Qarabağ məsələsində neytral mövqedə duran ölkələri Azərbaycanın müttəfiqinə çevirmək başlıca məqsədlərdəndir. Atılan addımlar isə bu məqsədlərə çatmaq baxımından hər gün yeni bir mərhələni ortaya çıxarır. Təbii ki, bu da Azərbaycan diplomatiyasının Ermənistanın xarici siyasət kursuna qarşı üstünlüyünü ifadə edir.
Etiraf olunmalıdır ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün bütün beynəlxalq aləm tərəfindən dəstəklənməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, xarici müttəfiqlərimizin sıralarının genişləndirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir və biz artıq bunun nəticələrini görürük. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Dağlıq Qarabağdakı vəziyyətə dair qətnamə qəbul olunması və həmin sənəddə ölkəmizin ərazi bütövlüyü dəstəklənməsi Bakının uzunmüddətli planlı fəaliyyətinin məntiqi yekunu kimi ortaya çıxdı. Bu fakt Azərbaycan diplomatiyasının yetərincə dəqiq və nəticəyə hesablanmış olduğunu göstərməklə yanaşı, dünya ictimaiyyətinin ölkəmizin həqiqətlərinə münasibətinin təcəssümü idi. Beynəlxalq aləm Azərbaycanın haqlı olduğunu görür və bu faktı qəbul edir. Bundan başqa, digər beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı, Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı, GUAM, bu təşkilatlarda təmsil olunan və olunmayan bütün dövlətlər Azərbaycanın mövqeyi ilə barışır. Bu il ərzində sadaladığımız təşkilatların qəbul etdiyi aidiyyatı sənədlərdə də bu məsələnin əksini tapması Azərbaycan üçün müsbət hal kimi xarakterizə oluna bilər.
Tarixə düşən 6 görüş...
2009-cu ildə münaqişənin həlli ilə bağlı yadda qalan başqa bir məsələ isə, Dağlıq Qarabağ münaqişəsinin dünyanın gündəmində prioritet yerlərə çəkilməsi idi. 2009-cu ildə keçirilmiş görüşlərə Münhendə yekun vuran dövlət başçıları ümumiyyətlə, bu il ərzində 6 dəfə bir araya gəldilər. Yaxınlaşan, uzaqlaşan, sonra yenidən yaxınlaşan mövqelər fonunda baş tutan görüşlərin yekunları bəzən ümidli, bəzən də müharibə çağırışlarını özündə ehtiva edən bəyanatlara şahidlik etdi. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona çoxsaylı səfərlər etdilər, həmsədr ölkələrin rəhbərlərinin münaqişənin həlli ilə bağlı səyləri də diqqətdən qaçmadı. Həm münaqişə tərəfləri, həm də həmsədrlər nizamlama prosesinin bəzi təfərrüatları haqında məlumat verdilər. Hətta danışıqlar prosesində uğur əldə olunduğu, bir sıra ciddi məqamların razılaşdırıldığı fikirləri də səsləndirildi. ümumiyyətlə isə, bir il ərzində dövlət başçıları arasında 6 görüşün keçirilməsi özü danışıqlar prosesinin intensivləşməsinin göstəricisidir. Xüsusən, Sankt-Peterburqda və Münhendə baş tutan görüşlərdən sonra beynəlxalq ictimaiyyət yekun sülhə bir addım da yaxınlaşdığını bəyan etdi. Məhz bu “yaxınlaşmanın” olduğuna dair inama söykənən bəyanatlar, fikir və proqnozlar il boyu medianın əsas səhifələrində özünə yer aldı. O da qeyd olunmalıdır ki, ötən illərdən fərqli olaraq, beynəlxalq ictimaiyyət, dünya liderləri də bu il Dlağlıq Qarabağ münaqişəsinə daha çox müraciət etdilər. Bu il ərzində keçirilmiş bütün önəmli zirvə görüşlərində, o cümlədən, G-20, G-8 sammitlərində, ATƏT-in, AŞ PA-nın toplantılarında Dağlıq Qarabağ probleminin tez bir zamanda həllinə nail olunması üçün ciddi fikirlər səsləndirildi. Bu nöqteyi-nəzərdən ATƏT ölkələri XİN başçılarının toplantısında bu problemin həllinə verilən şərhlərin mənası bundan ibarət idi ki, danışıqlarda pozitiv dinamika müşahidə olunmaqdadır. Bütün bu detalların hamısını bir araya cəmləşdirəndə isə belə bir məntiq hasil olur ki, Azərbaycan üçün müəyyən dividentlərin əldə olunduğu tarixi dövr kimi xarakterizə olunsa da, 2009-cu il də Dağlıq Qarabağ münaqişəsinin yekun həlli ili olmadı. Bu da təəssüfverici fakt kimi nəzərdə qaldı. Elə dövlət başçısı İlham Əliyev də dekabrın 24-də Xırdalan şəhərində müharibə veteranları, əlillər və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılış mərasimindəki çıxışı zamanı ilin əvvəllərində səsləndirilən optimist bəyanatların özünü doğrultmadığını, Ermənistanın qeyri-konstruktiv mövqeyinin problemin həllinə mane olduğunu ifadə edib: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllinə çox çalışırıq. Biz çox istəyirik ki, məsələ tezliklə öz həllini tapsın. Ancaq məsələ beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş bütün torpaqlardan erməni işğalçıları çıxarılmalıdır. Vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Məsələnin həlli üçün əsas prinsiplər bunlardır. Azərbaycan bu prinsipial mövqeyindən bir addım geri atmayacaqdır. Biz bütün imkanlarımızı səfərbər edib məsələnin tezliklə ədalətli, Azərbaycanın maraqlarına və beynəlxalq normalara uyğun şəkildə həllinə çalışacağıq. 2009-cu il də, əfsuslar olsun ki, həlledici il olmadı. Halbuki, Dağlıq Qarabağ məsələsinin həlli üçün 2009-cu ilə böyük ümidlər bəslənilirdi. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə biz nəticəyə gələ bilməmişik. Bununla bərabər, bu gün məsələ ilə məşğul olan bütün tərəflər problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyirlər. O cümlədən, Ermənistan tərəfi də məcbur olub məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını nəzərdə tutan siyasi sənədə qol çəkib”.
Beləliklə, 2009-cu il dövlət başçıları arasında 6 yüksək səviyyəli görüşün keçirilməsi ilə tarixə düşsə də, sülh sazişinə şahidlik edə bilmədi.
Bəs 2010-dan nə gözləyək?
Əslində, bu sualı başqa formada da təqdim etmək olar. 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə vəd edir? Təxminən 15 ildir ki, davam edən danışıqlarda müşahidə olunan mövqelərdə yaxınlaşma və uzaqlaşma tendensiyalarının qısacası təhlili 2010-cu il üçün də konkret bir proqnoz verməyin mümkün olmadığını göstərir. Buna səbəb də, İrəvanın dəyişkən mövqeyi ilə yanaşı, beynəlxalq ictimaiyyətin təzyiq mexanizmlərini işə salmağa soyuq münasibət göstərməsidir. Ermənistan rəhbərlərinin riyakar, məkrli mövqeyini daim müşahidə etdiyimizdən, mövqelərində ardıcıl, prinsipial olmadıqlarını bildiyimizdən, bir gün bir görüşdə müəyyən mövqeni qəbul edib, sonrakı görüşdə ondan çəkindiklərinə bələd olduğumuzdan, gələcəklə bağlı konkret rəy bildirməkdə çətinlik çəkirik. Amma bütün bunlarla yanaşı, növbəti ildə də 2009-cu ildə əldə olunmuş pozitiv dinamika davam etdirilməli, yekun sülhə gedən yolun qısaldılması üçün müvafiq qərarlar qəbul olunmalı, gərəkli iradə ortaya qoyulmalıdır. çünki artıq bıçaq sümüyə dirənib və 15 ildən artıqdır ki, davam edən danışıqlar prosesinin hələ ki, yekun nəticəyə gətirib çıxarmaması əsəbləri tarıma çəkir. Bu isə ilk növbədə regionun gələcək taleyi ilə bağlı ciddi suallar ortaya çıxarır. Bu təhlükələr nəinki Azərbaycana, heç Ermənistana, Rusiyaya, ABŞ-a da lazım deyil. Odur ki, hamı əlini daşın altına qoymalıdır ki, bu alovun qığılcımlanmasının qarşısını almaq mümkün olsun. Əks təqdirdə, Azərbaycan artıq mövcud və Ermənistana sərf edən status-kvoya dözmək niyyətində deyil. Bu gün Azərbaycan hərtərəfli inkişaf etmiş, böyük iqtisadi potensiala, güclü orduya malik ölkədir. Son illər Azərbaycan Silahlı Qüvvələrinə ayrılan vəsait Ermənistan büdcəsinə yaxın olub, ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi yaradılıb və silah istehsalına başlanıb. Beynəlxalq hüquq, hərbi güc Azərbaycanın tərəfindədir. Bir sözlə, Azərbaycan təkbaşına qərar verərək, müharibəni digər yollarla həll etmək iqtidarındadır. Prezident İlham Əliyev də bu məqamları nəzərə alaraq, ölkəmizin mövcud status-kvoya daha artıq səbr göstərməyəcəyini və danışıqlardan konkret nəticələr gözlədiyini bəyan edib: “Azərbaycanda ordu quruculuğu da çox sürətlə gedir. Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsində bütün parametrlər üzrə aparıcı ölkədir. Bunu biz də bilirik, bütün beynəlxalq aləm də bilir. Bütün bölgədə iqtisadi tənəzzül yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişafdadır. İnfrastruktur layihələri, sosial məsələlərin həlli, şəhərlərimizin abadlaşması, ordu quruculuğu - Azərbaycan Ermənistanı bütün istiqamətlər üzrə bir neçə dəfə qabaqlayır. Ermənistan ilə Azərbaycan arasında həm iqtisadi, həm bütün başqa sahələrdə yaranmış məsafə, yəni uçurum daha da böyüyür, dərinləşir. Əlbəttə ki, bu gün iqtisadi və hərbi gücümüz bizə imkan verir ki, məsələni hərbi yolla həll edək. Ancaq biz istəyirik ki, müharibə olmasın. Biz istəyirik ki, bundan sonra şəhidlər verilməsin. Biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Amma bununla bərabər, hər an Azərbaycan ordusu və Azərbaycan cəmiyyəti hazır olmalıdır ki, torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək”.
Amma ümid edirik ki, heç kəsin arzu etmədiyi müharibə variantının tətbiq olunmasına ehtiyac qalmayacaq, 15 ildən artıqdır davam edən danışıqlar prosesi məhz 2010-cu ildə öz həllini tapacaq.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

