/ / Rafael Hüseynov: “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması son dərəcə əlamətdar bir hadisədir
Rafael Hüseynov: “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması son dərəcə əlamətdar bir hadisədir
20.11.2019 [10:04]
“Azərbaycanın milli təltifləri sırasına daxil olan yeni medalın - “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi və onun ətrafında müzakirələrin unudulmaz Heydər Əliyevin anım günü ərəfəsinə təsadüf etməsi qanunauyğun və müəyyən mənada rəmzidir. Çünki Azərbaycanın müstəqilliyinin bərpasından sonra dövlətimizə rəhbərlik eləməyə başladığı ilk gündən etibarən Ulu Öndər Heydər Əliyevin əsas səylərindən biri Azərbaycanın diaspor quruculuğuna yönəlmişdi. O, xarici ölkələrə səfərlərində vaxtın məhdudluğuna baxmadan, işin çoxluğuna rəğmən, daim çalışırdı ki, mütləq səfər etdiyi ölkələrdəki diaspor nümayəndələri ilə müzakirələr aparsın, onları Azərbaycana daha yaxın etmək səmtində səylər göstərsin. O təşəbbüslərin bir çoxunun mən canlı şahidiyəm və nəticə etibarilə bu gün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi varsa və uğurlu fəaliyyət göstərirsə, bütün bunlar unudulmaz Heydər Əliyevin illər boyu addım-addım apardığı işlərin nəticəsidir”. Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin dünən keçirilən plenar iclasında çıxış edərkən deyib.
Komitə sədri bildirib ki, “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması son dərəcə əlamətdar və vaxtında baş verən bir hadisədir: “Çünki az öncə AXC-nin 100 illiyi ilə əlaqədar təsis edilmiş medala layiq görülən və müxtəlif dünya ölkələrində yaşayan ayrı-ayrı soydaşlarımızın təltif edilməsi əsnasında ona şahid olduq ki, o insanlarda nə qədər böyük ruh yüksəkliyi oyadır, onların içərisində Azərbaycana olan sevgini nə qədər artırır. Sanki o medal əlavə bir körpüyə çevrilərək dünya boyu səpələnmiş azərbaycanlıları vətənimizə bir az da yaxınlaşdırır. Ona görə düşünürəm ki, diaspor fəaliyyətində fəal olan ayrı-ayrı insanların gələcəkdə bu medalla təltif edilməsi çoxdan gözlənilən bir boşluğu yetərincə dolduracaqdır. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə bizim sabiq həmkarımız Fuad Muradovun gəlişindən sonra inamla demək olar ki, yeni bir mərhələ başlanmışdır. Ən əvvəl Azərbaycan diasporunun müxtəlif ölkələrdəki təmsilçiləri arasındakı anlaşılmazlıqlara, soyuqluqlara son qoyulmuşdur.
“Diaspor fəaliyyətində xidmətə görə” medalının özü haqqında da bunu demək olar ki, medal tərtibatı baxımından yetərincə cazibəlidir, milli və dünyəvi elementlər çox uğurlu şəkildə qovuşmuşdur, sadə bir şəkildə Azərbaycanın diaspor quruculuğunun fəlsəfəsi ifadə edilmişdir. İnanırıq ki, bu medalın Azərbaycanın təltifləri sırasına qatılması gələcəkdə diaspor quruculuğuna öz töhfəsini verəcəkdir”.
Sözügedən çıxışında Komitənin adı ilə bağlı məsələyə də toxunan Rafael Hüseynov “Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəmiz var. Onun adı hər yerdə Diasporla İş üzrə Dövlət Komitəsi gedir. Hətta müzakirəyə çıxardığımız qanun layihəsində də təsis edilən medalın “Diaspor fəaliyyətində xidmətə görə” nəzərdə tutulduğu qeyd olunur. Lakin dünyanın bir çox ölkələrində bu söz “diaspora” kimi işlədilir. İngilis, rus dilində də bu ifadə belə işlənir” deyib.
O bildirib ki, diaspor sözü hidroksitlərə, kimyəvi birləşmələrə, maddələrə verilən bir addır: “Düşünürəm ki, bu ifadə həm Azərbaycan dilində, həm də komitənin adında rəsmi olaraq diaspor deyil, diaspora yazılmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

