/ / Rusiya və NATO ali hərbi rəhbərlərinin Bakıda görüşlər keçirməsi Azərbaycanın strateji dialoq platforması kimi çıxış etdiyini göstərir
Rusiya və NATO ali hərbi rəhbərlərinin Bakıda görüşlər keçirməsi Azərbaycanın strateji dialoq platforması kimi çıxış etdiyini göstərir
28.11.2019 [09:44]
Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən Azərbaycan sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Digər tərəfdən, Azərbaycanın paytaxtı Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin sədri arasında görüş məkanı kimi növbəti dəfə Bakının seçilməsi, hər şeydən əvvəl, Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir. Bu fakt bir daha Azərbaycanın tərəfdaşlıq və əməkdaşlıq platforması kimi özünü beynəlxalq münasibətlərdə təsdiq etməsinin ifadəsidir. Hazırkı beynəlxalq nizamın xarakteristikasına və dünya siyasətində mövcud tendensiyalara nəzər salsaq, görəcəyik ki, qloballaşan dünyada hegemon güc mərkəzlərinin dialoq məkanı kimi seçəcəyi ünvanların sayı hər ötən gün bir qədər də azalır. Çünki bəzi qlobal məsələlər ayrı-ayrı milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi mövcud siyasi reallıqların fonunda müxtəlif qütblərə doğru itələməyə başlayıb. Bu tendensiya beynəlxalq münasibətlərin gələcəyi baxımından müsbət hal deyil.
Belə bir situasiyada çox mürəkkəb geostrateji məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın tərəfdaşlıq məkanı kimi çıxış etməyi bacarması, öz strateji mənafelərini müxtəlif güc mərkəzlərinin maraqları ilə uzlaşdırma qabiliyyətinin olması diplomatiya tarixində ekstraordinar hadisə kimi qiymətləndirilməlidir.
Milli Məclisin deputatı əlavə edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev bildirib ki, Rusiyanın və NATO-nun ali hərbi komandanlıqlarının Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib.
Qeyd etmək lazımdır ki, ötən il Rusiyanın və NATO-nun ali hərbi komandanlıqlarının Bakıda üç dəfə görüşü olub. Bu, əlbəttə ki, təsadüfi xarakter daşımır. Bu fakt, hər şeydən əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursunun qanunauyğun nəticəsidir.
Hikmət Babaoğlu deyib ki, regional və beynəlxalq miqyasda əməkdaşlığa, təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan çoxvektorlu, praqmatik xarici siyasət həyata keçirir ki, bu da həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Bu isə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən milli dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Digər tərəfdən, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycanın regional və qlobal təhlükəsizliyə müstəsna töhfələr verməsi ölkəmizin beynəlxalq dialoq məkanı olaraq seçilməsini şərtləndirib. “Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir”, - deyə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vurğulayıb. O bildirib ki, Azərbaycanın cazibə mərkəzinə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Bütövlükdə, sözügedən görüşün növbəti dəfə Bakıda keçirilməsi sabitlik adası kimi xarakterizə edilən, Cənubi Qafqazın lider dövləti Azərbaycana olan yüksək etimadin göstəricisidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52

