Bu, möhtərəm Prezidentin mənim kiçik zəhmətimə verdiyi yüksək qiymətdir
07.01.2010 [01:16]
Fikrət İsmayıl oğlu İsmayılov. 1935-ci il yanvarın 3-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı oğlan orta məktəbini bitirib. O zamankı Pedaqoji İnstitutu, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini fizika-riyaziyyat və istehsalat əsasları ixtisası üzrə qurtarıb. Təyinatla Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna göndərilib. 1960-cı ilin noyabr ayından Fizika İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 1973-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində Moskvadakı Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun Bakı filialı yaradılıb və Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutundan bir neçə nəfər, o cümlədən, Fikrət İsmayılov da həmin instituta keçib. Həmin vaxtdan keçmiş SSRİ-nin süqutuna qədər orada fəaliyyət göstərib. SSRİ dağılandan sonra isə həmin institut Fotoelektronika İnstitutu adı ilə Milli Elmlər Akademiyasının tabeçiliyinə verilib. Sonradan isə Fizika İnstitutu ilə birləşdirilib və professor Fikrət İsmayılov hazırda da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərir. Fizika-riyaziyyat elmləri doktorudur. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransından etibarən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən bu günə kimi YAP Yasamal rayon təşkilatının sədridir.
“Bu, tək mənə verilən mükafat deyil”
Xeyirxah insan, tanınmış elm adamı, hər zaman gənclərin köməyinə yetən ağsaqqal. Söhbət etdiyim insanlar hakim Yeni Azərbaycan Partiyasının yaradıcıları olan məşhur 91-lərdən biri Fikrət İsmayılovu məhz bu cür xarakterizə etdilər. İstər elm, istərsə də siyasət sahəsində daim gənclərə dayaq olan, ağıllı məsləhətləri ilə onlara düzgün yol göstərən Fikrət müəllimin bu günlərdə 75 yaşı tamam olur. Bu münasibətlə təbrik və mükafatları qəbul edən yubilyar üçün ən böyük mükafatı isə Prezident İlham Əliyev verib. Belə ki, Prezident İlham Əliyev 2009-cu il dekabrın 29-da Fikrət İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sözügedən mükafatı almasından qürur hissi keçirən F.İsmayılov istər qəzetimizə müsahibəsində, istərsə də müsahibə boyu müxtəlif sahələri əhatə edən insanların təbrik üçün etdikləri telefon zənglərinə cavab olaraq aşağıdakı sözləri xüsusi olaraq vurğuladı: “Bu, möhtərəm Prezidentin mənim kiçik zəhmətimə verdiyi yüksək qiymətdir. Hesab edirəm ki, “Şöhrət” ordeni almağımda mənim məsləkdaşlarımın, siyasi həmfikirlərimizin hamısının payı var. Yəni, bu, tək mənə verilən mükafat deyil. Bu, Ulu öndər Heydər Əliyev ideyalarını uğurla davam etdirən, Heydər Əliyev irsinin davamçısı Prezident İlham Əliyevin ətrafında birləşib, bu respublikanı lazımi səviyyədə beynəlxalq aləmdə tanıtdıran insanlara verilən qiymətdir”.
Tofiq Fikrət adı sovetlərin xoşuna gəlməyib
Yuxarıda da qeyd etdiyimiz kimi, 75 yaşının tamam olması və “Şöhrət” ordeni alması münasibətilə yubilyarı təbrik etməklə yanaşı, ötənlərə bir daha nəzər salmaq istədik. Sən demə, tarixə kifayət qədər qanlı-qadalı, həmçinin, repressiya dövrü kimi düşmüş bir vaxtda dünyaya gələn Fikrət İsmayılovun adı ailəsinə baha başa gələ bilərmiş. Yalnız atasının məharətli “manevri” onların ailəsini repressiya və təqibdən xilas edib: “Mənim atam maarif şöbəsinin müdiri, anam isə məktəb direktoru olub. Mən anadan olanda atam adımı böyük türk şairinin şərəfinə Tofiq Fikrət qoyur. Dərhal atamı Naxçıvan Vilayət Partiya Komitəsinə çağırırlar və sərt şəkildə “İsmayıl müəllim siz türkçülüyü təbliğ edirsiniz?” sualını verirlər. Atam çeviklik edərək, “yaxşı Tofiqi sildik, oldu Fikrət” deyir. Bununla da ailəmizi repressiya maşınının qurbanına çevrilməkdən xilas edir. Mənim də adım Fikrət qalır”.
“O vaxt 8-ci sinifdə oxuyurdum”
Ulu öndər Heydər Əliyevlə ilk tanışlığının ötən əsrin 50-ci ilinə təsadüf etdiyini deyən Fikrət İsmayılov həmin vaxt 8-ci sinifdə oxuyurmuş: “O vaxt 8-ci sinifdə oxuyurdum. Əmim Əkrəm İsmayılov məni hansısa bir məsələyə görə Heydər Əliyevin yanına göndərdi. Getdim və dedim ki, məni Əkrəm müəllim göndərib. Ulu öndərlə cəmi iki dəqiqə söhbət etdik. Oxumağımla bağlı və digər bu kimi suallar verdi. Onu da deyim ki, həmin vaxt Heydər Əliyev Naxçıvanda NKVD-də işləyirdi və O, leytenant rütbəsində şux qaməti, səliqəli geyimi ilə diqqəti cəlb edirdi. Onun bir marşrutu vardı. O zamankı Naxçıvanda Puşkinski küçəsi deyirdilər, oradan keçirdi, Sabir küçəsinə dönürdü və köhnə bazarın yanındakı iş yerinə-ikimərtəbəli binada yerləşən NKVD-yə gəlirdi. Ulu öndəri həmin illərdə Naxçıvan cavanlarının toplaşdıqları poçtun qabağında, böyük bağda, yaxud da kinoklubun qarşısında görmək mümkün deyildi. Sanki O hələ gənclik illərindən özünü respublika rəhbərliyinə hazırlayırdı”.
Yubilyar deyir ki, Ulu öndərlə ikinci görüşü də maraqlı bir məqamla yadda qalıb: “1967-ci ildə Heydər Əliyevin gənclik dostlarından birinin - Adil Nəcəfovun qardaşı rəhmətə getmişdi. Biz də onlarla qohum idik. Heydər Əliyev yas mərasiminə gəlmişdi. Axşam idi və onlar ağacların altında dayanmışdı. Mən onlara yaxınlaşıb Adil Nəcəfova dedim ki, yer düzəltmişəm, gəlin keçin oturun. Təsəvvür edirsinizmi, üstündən 17 il keçməsinə baxmayaraq, Ulu öndər üzünü Adil Nəcəfova tutaraq “Adil, bu Fikrətdir?” - deyə, soruşdu. Yəni, bu amilin özü bir daha ümummilli liderin necə böyük və dərin bir zəkaya malik olduğunu təsdiqləyir”.
Ulu öndərin keçirdiyi ilk ad günü
Fikrət İsmayılov Ulu öndər Heydər Əliyevlə növbəti dəfə yenə də Naxçıvanda görüşür: “Artıq 1990-cı illərin əvvəlləri idi. Ulu öndər Moskvadan Naxçıvana gəlmişdi. Bir qrup yoldaşla Onunla görüşə getdik. Və bundan sonra Naxçıvanda dahi şəxsiyyətlə mütəmadi görüşlərimiz oldu. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olanda biz Səyyad Aran, Nadir Seyidov və Məzdək Hüseynovla bir neçə dəfə yanına getmişdik. Belə səfərlərdən biri də 1993-cü il mayın 9-da baş tutdu. Biz Ulu öndərin 70 illik yubileyinə getdik. Mayın 9-da axşam əvvəlcə kabinetində oturub söhbət etdik. Sonra səhərisi gün mayın 10-da qonaq evində yubiley münasibətilə Ulu öndər ziyafət təşkil etdi və orada çıxışı zamanı dedi ki, mən indiyə qədər istər Moskvada, istərsə də Bakıda işlədiyim dövrdə heç vaxt ad günümü qeyd etməmişəm. Həmişə bu şeydən qaçmışam. Amma siz tökülüb gəlmisiniz və daha qaçası yerim yoxdu. Onu da deyim ki, Naxçıvan MR Ali Məclisinin sədri olarkən Ulu öndər, hətta gecə saat 12-yə qədər insanları qəbul edirdi. Bununla belə, səhər saat 10-da işdə olurdu. Onunla görüşlərimizin birində bunun şəxsən şahidi oldum. Biz ümummilli liderlə axşam saat 10-da görüşdük və söhbətimiz 12-yə qədər çəkdi. Saat 12-də Onun yanından çıxanda gördük ki, qəbul otağında 7-8 nəfər var. Köməkçisindən soruşdum ki, bunları nə vaxt qəbul edəcək. Cavab verdi ki, bunları qəbul etməyənə qədər getməyəcək. Amma səhər saat 10-da da işdə olacaq. Yəni, bu, bir daha Ulu öndərin iş rejiminin nə qədər gərgin və məsuliyyətli olduğundan xəbər verir”.
Ulu öndər Heydər Əliyev nizamnaməni tamamilə yenidən yazdı və partiyanın adını müəyyənləşdirdi
Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olan Fikrət İsmayılov, eyni zamanda, hakim partiyanın yaradılmasında müstəsna xidmətlər göstərmiş məşhur 91-lərdən biridir. Həmin tarixi, daha doğrusu, hakim partiyanın yaradılması prosesində iştirakını şərəfli bir mərhələ hesab edən yubilyarın arzusuna uyğun olaraq, söhbətimizin müəyyən bir hissəsini məhz bu mövzuya həsr etdik. Sözügedən dövr barədə xüsusi həvəslə danışan Fikrət müəllim deyir ki, 1992-ci ildə respublikada baş verən proseslər bir ziyalı kimi onları narahat edib: “Həmin vaxt respublikada idarəolunmaz bir proses cərəyan edirdi. Məhz bu cür gərgin ictimai-siyasi vəziyyətdən çıxmaq, blokada şəraitində məhv olmaq ərəfəsində olan Naxçıvana maddi-mənəvi dayaq olmaq üçün Bakıda ziyalılar rəhmətlik Fərəməz Maqsudovun rəhbərliyi ilə “Əlincə” Xeyriyyə Cəmiyyəti yaratdılar. “Əlincə” Xeyriyyə Cəmiyyətinin iclasında belə bir məsələ qoyuldu ki, bu, ictimai cəmiyyət olduğu üçün siyasi mübarizəyə qoşulmağa hüququ yoxdur. Siyasi mübarizəyə qoşulmaq üçün yeni bir partiya yaratmaq lazımdır. Beləliklə, iclasda belə bir partiyanın yaradılması qərara alındı”.
Fikrət İsmayılovun sözlərinə görə, partiyanın yaradılması barədə qərarın qəbulu, eyni zamanda, ortaya “Bu partiyaya kim rəhbərlik edəcək”, “Partiya necə adlanacaq” kimi ciddi suallar çıxardı: “Təsadüfi deyil ki, cəmiyyətin növbəti iclasında bu suallara cavab tapıldı. 14 oktyabr 1992-ci il tarixində EA-nın kiçik zalında keçirilən iclasda Murtuz Ələsgərov yeni yaratmaq istədiyimiz partiyanın nizamnaməsini oxudu və bu partiyaya rəhbərlik etməsi xahişi ilə Ulu öndər Heydər Əliyevə müraciət qəbul olundu. Həmin müraciət 16 oktyabr 1992-ci il tarixində “Səs” qəzetində çap olundu. Orada bu müraciətin qəbul olunmasına etiraz edənlər də oldu”.
Söhbətini davam etdirən YAP Yasamal rayon təşkilatının sədri deyir ki, oktyabrın 20-də (1992-ci il) Ulu öndər Heydər Əliyev məlum müraciətə cavab verib: “ümummilli lider Heydər Əliyev cavabında hansı şərtlərlə belə bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsinə razılıq verə biləcəyini qeyd etdi. Beləliklə, noyabrın 19-dan başlayaraq, Azərbaycanın bütün regionlarından, ümumilikdə 550 nəfər Naxçıvana üz tutdu. Bu səfərin necə çətinliklə baş tutduğunu gedənlərin özləri yaxşı bilir. çünki bəzən Naxçıvana təyyarə bileti belə satmırdılar ki, həmin tədbir baş tutmasın. Lakin xalq Ulu öndər Heydər Əliyevin ətrafında toplandı və 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Onu da deyim ki, oktyabrın 14-də Murtuz Ələsgərov tərəfindən hazırlanan nizamnamədən əsər-əlamət qalmamışdı. Ulu öndər şəxsən özü nizamnaməni yenidən yazmışdı. Həmin konfransda Heydər Əliyev yekdilliklə partiyaya Sədr seçildi və məhz Onun təşəbbüsü ilə partiyanın adı Yeni Azərbaycan Partiyası oldu. Konfransdan sonra Azərbaycanın bütün rayonlarında özəklər yarandı. 1993-cü il yanvarın 9-da Yasamal rayonunda da Əli Nağıyevin rəhbərliyi ilə bir təşkilat qrupu yaradıldı. Mənim rəhbərlik etdiyim təşkilat qrupunun əsas vəzifəsi ayrı-ayrı müəssisə və təşkilatlarda YAP-ın özəklərini yaratmaq və üzvləri YAP-ın sıralarına qəbul etmək idi. Qısa vaxt ərzində, yəni, yanvarın 9-dan fevralın 20-dək Yasamal rayonu üzrə 560 nəfəri təmsil edən 26 partiya özəyi yaradıldı. 20 fevral 1993-cü il tarixində YAP Yasamal rayon təşkilatının ilk təsis konfransı keçirildi və mən rayon təşkilatının sədri seçildim. O vaxtdan indiyə qədər 6 dəfə konfrans keçirilib və partiyadaşlarımız hər dəfə mənə etimad göstərərək, rayon təşkilatının sədri seçiblər”.
Yubilyarın gənclərə tövsiyəsi
“Bir azərbaycanlı kimi ümummilli lider Heydər Əliyevin tövsiyələrinə əməl etməyi özüm üçün şərəf bilmişəm. Eyni zamanda, biz həmişə Ulu öndərdən nəyisə öyrənmişik” - deyən yubilyar söhbətimizin sonunda gənclərə tövsiyəsini də çatdırdı: “Mənim gənclərə tövsiyəm budur ki, danışmağı, ünsiyyətdə olmağı, dostluğu, mədəniyyəti, geyinməyi, ən əsası isə vətənpərvərliyi və milləti sevməyi Ulu öndər Heydər Əliyevdən öyrənsinlər. Heydər Əliyevin bizə çox böyük tövsiyələri var. Onlara əməl etməliyik. Məsələn, ümummilli lider milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasını tövsiyə edirdi. Bu milli-mənəvi dəyərlər isə bizim dilimiz, adətimiz, dinimiz və mədəniyyətimizdir. Yəni, Ulu öndər bizə bunları qoruyub saxlamağı tövsiyə edirdi. Sovetlərin dünyaya meydan oxuduğu bir vaxtda Heydər Əliyev BDU-nun yubileyində və yazıçıların qurultayında Azərbaycan dilində çıxış etdi. Bu böyük sensasiyaya səbəb olmuşdu. çünki o vaxt qəbul olunmuşdu ki, birinci katiblər gərək rus dilində çıxış etsin. Bu ənənəni isə Heydər Əliyev pozdu. Ən əsası Konstitusiyamıza Azərbaycan dilinin dövlət dili olması haqqında maddə saldı. Bax, milli-mənəvi dəyərlər budur. ümummilli liderin ikinci hakimiyyəti dövründə ibadətgahlarımızın təmir olunması, yenilərinin tikilməsi, din xadimlərinin yetişdirilməsi də milli-mənəvi dəyərlərimizdir. Bu gün Onun siyasətini davam etdirən Prezident İlham Əliyevin bütün addımları, muğam sənətinin inkişaf etdirilməsi, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Regionların sosial-iqtisadi inkişafı, artıq təkcə paytaxt Bakıda deyil, eyni zamanda, regionlarda da beynəlxalq əhəmiyyətli tədbirlərin, məsələn, Qəbələdə beynəlxalq musiqi festivalının keçirilməsi Heydər Əliyev siyasətinin nə qədər düzgün olması və Prezident İlham Əliyevin bu siyasəti necə uğurla və təkamül yolu ilə inkişaf etdirməsi deməkdir”.
Sonda “Yeni Azərbaycan”çılar olaraq yubilyarı təbrik edir, şəxsi həyatında və siyasi fəaliyyətində uğurlar arzulayırıq.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11

