/ / Bəhruz Quliyev: Heydər Əliyevin Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
Bəhruz Quliyev: Heydər Əliyevin Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
12.12.2019 [09:38]
“Ulu Öndər Heydər Əliyev ilk növbədə böyük Azərbaycanlı idi və Onun bizlərə miras qoyduğu Azərbaycançılıq, milli mənəviyyatın qorunub saxlanılması ideologiyası xalqımızın, dövlətçiliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rolunu oynayıb”. Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, məhz Ulu Öndərin uzaqgörənliyi, xalqına və dövlətinə verdiyi sonsuz dəyəri nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi formalaşdırılmağa başlandı və qüdrətli, güclü dövlətin təməli qoyuldu: “Əlbəttə ki, bu danılmaz reallıq ölkəmizin çoxşaxəli inkişafında, sabitliyə doğru irəliləməsində, dünya birliyində layiqli yer tutmasında və bu birlikdə yer almasında öz əvəzsiz, müsbət təsirlərini göstərdi. Çünki o dövrlərdə məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı əminliklə öz Liderinə etimad göstərdi”.
Siyasi ekspert onu da bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi ideyasındakı təməl prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qurduğu siyasi konsepsiyası olub ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məfkurənin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı qərarlı addımlar atır, bunun millətin, dövlətin, xalqın iradəsinə xas olduğunu bütün çıxışlarında vurğulayır: “Biz bilirik ki, hər bir xalqın özünəməxsus milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı bilavasitə dövlətçilik, Azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu. O cümlədən ölkəmizin başçısı cənab İlham Əliyev həmin siyasəti daha da təkmilləşdirir, milli dəyərlərimizin qorunaraq saxlanılması barədə tezislərini bütün çıxışlarında vurğulayır, xüsusilə gənclərimizin həmin istiqamətdə gələcək həyatlarını qurmalarına Öz mühüm tövsiyələrini verir”.
Bəhruz Quliyev daha bir tarixi məqamı da xatırladaraq bildirib ki, artıq bu, dövlətimizin ideoloji prinsipidir və bu prinsip ölkəmizin daha da qüdrətli, güclü olması maraqlarına söykənir: “Əbəs deyil ki, müxtəlif hadisələr baş verərkən Heydər Əliyevin bir çağırışı ilə on minlərlə insan Onun səsinə səs verir, Liderinin ətrafında birləşirdi. Bax bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümü idi”.
Bəhruz Quliyev onu da vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevanın fəaliyyəti əsasında da qeyd edilən reallıqlar dayanır və bu reallıqlar, əlbəttə ki, bütövlükdə milli-mənəvi dəyərlərin, milli məfkurənin, Azərbaycançılıq ideologiyasının təməllərini möhkəmləndirir: “Əbəs deyil ki, Mehriban xanım Əliyevanın bu kimi önəmli məsələlərdə daim öndə olması, ölkəmizin, xalqımızın səsinin dünya birliyinə çatdırılması kimi faktorlar dövlət siyasətimizin tərkib hissəsinə çevrilib və söz yox ki, bu siyasətin mərkəzində xalqın dəstəyi, sevgisi amili də dayanmaqdadır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22

