İqor Babuşkin: Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlıq uğurla inkişaf edir
13.12.2019 [10:06]
Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sıx dostluq və əməkdaşlıq əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb. Hazırda Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurub.
Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilmiş və 2018-ci ilin may ayında açılışı olmuş, Azərbaycanda istehsal olunan məhsulların Rusiya ərazisində, xüsusilə də Rusiyanın cənub bölgəsində yayılmasına, eləcə də iş adamları arasında əlaqələrin genişlənməsinə imkan verən Azərbaycan İş Mərkəzinin fəaliyyəti barədə də danışılıb. Söhbət zamanı, həmçinin Həştərxan İş Mərkəzinin Bakı şəhərində inşasında gedən tamamlanma işləri ilə bağlı məsələlər də müzakirə edilib.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Azərbaycan və Rusiya arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətləri xüsusi qeyd edilib. Bildirilib ki, bu günlərdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etməsi, onu “Rusiyanın əsl dostu” adlandırması ölkə vətəndaşlarının qürur və sevincinə səbəb olan bir hadisə kimi yadda qalıb.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan ilə Rusiya, o cümlədən Həştərxan vilayəti arasındakı dostluq münasibətlərinin bundan sonra da yüksələn templə inkişaf edəcəyini vurğulayıb.
Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən İqor Babuşkin mövcud dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10

