/ / İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır
15.01.2020 [09:36]
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portalı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar barədə məqalə dərc edib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli analitik məqaləsinə istinadla yazılmış materialda Azərbaycanda qazanılmış uğurlar geniş təhlil olunur. UNA-nın əməkdaşı xüsusən ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətinə çatdırır. Qeyd edir ki, Azərbaycanın yeni neft strategiyasının müsbət nəticələri artıq göz qabağındadır. 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə imzalanmış və “Əsrin müqaviləsi” adını almış neft kontraktı ölkəmizi inkişaf yoluna çıxarıb və neft sənayesinin, bütövlükdə ölkənin sonrakı taleyində həlledici rol oynayıb.
Məqalədə deyilir: “Bu gün dünya İlham Əliyevi islahatçı Prezident kimi tanıyır və qəbul edir. Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycan islahatları həyata keçirən ən yaxşı 20 ölkə arasında yer alır. Davos Dünya İqtisadi Forumunun hesabatında isə uzunmüddətli hökumət strategiyası baxımından Azərbaycan 10-cu, islahatlara diqqət baxımından 5-ci yerdədir. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir”.
Azərbaycan Prezidenti İlham Əliyevin dünyada artmaqda olan islamofobiya hallarını dəfələrlə kəskin tənqid etdiyini diqqətə çatdıran məqalə müəllifi dövlətimizin başçısının müsəlman dünyası liderlərini Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı daha qətiyyətli mövqe ortaya qoymağa çağırdığını bildirir.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkənin milli xəbər agentliklərini birləşdirən UNA 1972-ci ildə təsis olunub. Əsas məqsədi İslam ölkələri arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq olan UNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbərlər yayır. AZƏRTAC Birliyin İcraiyyə Şurasının 12 üzvündən biridir.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

