Amerika nəşrində Qara Yanvar haqqında məqalə dərc olunub
24.01.2020 [09:54]
Los-Ancelesdə yerləşən və xarici siyasət məsələləri ilə məşğul olan “Pacific Council on International Policy” (“Beynəlxalq Siyasət üzrə Sakit Okean Şurası”) analitik mərkəzinin saytında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Azərbaycanda baş vermiş Qara Yanvar hadisələrinin ibrət dərsləri: 30 il sonra” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə deyilir: “Həmin günlərdə Sovet İttifaqı dağılmaq üzrə idi. Yetmiş illik sovet işğalından və əsarətindən sonra Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Mixail Qorbaçov Azərbaycanda bu hərəkatı boğmaq üçün yüzlərlə kişi, qadın, uşaq və qocanın kütləvi qətlə yetirilməsində tanklardan istifadə olunmasına görə özünə haqq qazandırdı. Öldürülənlər arasında bir çox millətlərin və dinlərin nümayəndələri vardı. Bu gün olduğu kimi, 1990-cı ildə də Bakı çoxmillətli şəhər təcəssümü idi. Həmin günlərdə müsəlmanlar, yəhudilər, xristianlar bizim hamımıza qarşı çıxış edən rejimin zorakılığının qurbanı oldu”.
N.Ağayev 20 Yanvardan sonrakı günlərdən danışarkən yazır ki, qanlı hadisələrdən sonra komendant saatı tətbiq edildi. Komendant saatını pozanları ciddi cəza gözləyirdi. Buna baxmayaraq, şəhidlərin dəfn olunduğu gün bir milyondan çox azərbaycanlı sovet terrorunun müqavimətini qıraraq küçələrə çıxdı və misli görünməmiş tarixi həmrəylik və hüzn nümayiş etdirdi. Diplomat yazır: “Müsəlman, yəhudi və xristian kişilər, qadınlar, uşaqlar qəlbimizə və xalqımıza bu dərəcədə əziz olan, hətta amansız qırğının da məhv edə bilmədiyi azadlığa sadiqliyimizin əlaməti olaraq 40 gün matəm saxladılar”.
Nəticədə faciədən cəmi il yarım sonra Azərbaycan azadlığına qovuşdu. O, müstəqilliyini elan etmiş ilk sovet respublikalarından biri oldu.
Qara Yanvar hadisələrindən sonra dəfn mərasimində həmrəyliyin nümayiş etdirilməsi bütün tarixi ərzində nifrətə və amansızlığa həmişə kəskin reaksiya vermiş Azərbaycan və onun xalqı üçün səciyyəvi idi. Əsrlərboyu Azərbaycan regionda yəhudilərə və digər etnik azlıqlara qarşı zorakılığa müqavimət göstərib, onlara sığınacaq verib, təhlükəsizliklərini təmin edib.
Müəllif qeyd edir ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan əhalisinin təqribən beşdəbir hissəsi Hitlerə və nasistlərə qarşı vuruşub. Bu mübarizədə 400 mindən çox azərbaycanlı həlak olub. N.Ağayev sonda yazır ki, cəsarətimiz, harmoniyaya və dözümlülüyə sarsılmaz sadiqliyimiz bir çox faciələrin öhdəsindən gəlməyimizə kömək edib.
Xəbər lenti
Hamısına baxİdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46

