Azərbaycanda növbəti parlament seçkiləri də demokratik və şəffaf keçirilib
12.02.2020 [09:51]
9 fevral seçkiləri bir daha təsdiqlədi ki, Azərbaycan demokratik dəyərlərə sadiqdir
Məlum olduğu kimi, fevralın 9-da Azərbaycanda növbəti azad və demokratik parlament seçkiləri keçirilib. Qeyd edək ki, Azərbaycan dövləti seçki prosesinin ədalətli, şəffaf, ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün lazımi şəraitin yaradılması istiqamətində bütün tədbirləri reallaşdırdı.
9 fevral seçkiləri bir daha təsdiqlədi ki, Azərbaycan demokratik dəyərlərə sadiqdir. Parlament seçkilərini müşahidə edən beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti də bu seçkiləri yüksək qiymətləndiriblər.
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, fevralın 9-da keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olunub, səsvermənin gedişində qanunvericiliyin bütün norma və tələblərinə riayət edilib, məntəqələrdə yüksək seçici fəallığı müşahidə olunub. Heç bir ciddi qayda pozuntusu və problem aşkarlanmayıb, yerli və beynəlxalq müşahidəçilər üçün bütün zəruri şərait yaradılıb. Seçkilərdə, həmçinin fiziki imkanları məhdud olan seçicilər üçün də şərait yaradılıb.
Vüqar Rəhimzadə bildirib ki, seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78 minə yaxın yerli müşahidəçi tərəfindən izlənilib. Eyni zamanda, seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatılıb. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsdiq ediblər. Eləcə də təkrar səsvermə hallarının qarşısının alınması məqsədilə seçicilərin barmaqlarının markalanması, videomüşahidə və s. tədbirlər seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün reallaşdırılmış xüsusi tədbirlərdən idi: “Seçkilər günü, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının “qaynar xətti” aktiv fəaliyyət göstərib, vətəndaşların müraciətlərinə diqqətlə baxılıb, hətta MSK-nın saytında seçki məntəqələrinin ünvanları və xəritəsi dərc olunub və bu da seçicilərə əhəmiyyətli dərəcədə kömək edib”.
“Ümumilikdə, parlament seçkiləri rəqabətli, açıq, azad seçkilər olub və demokratik seçki normalarına müvafiq keçirilib”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi azad və demokratik seçkilərin beynəlxalq normalara uyğun keçirilməsinə əlverişli şərait yaradır: “Seçki məntəqələrində səsvermə dəqiq və mütəşəkkil keçirildiyindən nəticələr də vətəndaşların iradəsini əks etdirdi. Bütün bunlarla yanaşı, həm yerli, həm də beynəlxalq müşahidəçilərin yekun rəylərinə əsasən bəlli olub ki, seçkilərin legitimliyini şübhə altına qoyan hər hansı fakt olmayıb”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, namizədlərin sayının çox olması da müsbət elementdir, çünki insanların seçmək üçün kifayət qədər alternativi olub. Vüqar Rəhimzadə əlavə edib ki, sonuncu parlament seçkiləri Azərbaycanda islahatların fəallaşdırılması və davam etdirilməsi yolunda əhəmiyyətli addım olacaq.
Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu isə deyib ki, beynəlxalq və yerli müşahidəçilərin qənaətinə görə, Azərbaycanda keçirilən parlament seçkilərində bütün namizədlər üçün bərabər şərait yaradılmışdı. Seçki kampaniyasında çoxlu sayda namizədlər mübarizə aparıb. U.Rəhimoğlu bildirib ki, seçki kampaniyasında müasir informasiya texnologiyalarından geniş istifadə olunub. Bu da təqdirəlayiq haldır. “Təbii ki, dünyanın heç bir ölkəsində ideal seçki keçirilmir. Hər bir seçkidə müəyyən nöqsanlar ola bilər. Amma əsas məsələ odur ki, ölkəmizdə seçki kampaniyası uğurla başa çatdı. Hesab edirəm ki, Azərbaycanda keçirilən seçki növbəti uğurun nümayişi idi. Ölkəmizdə səfərdə olan xarici jurnalistlərlə daha çox ünsiyyətdə oldum. Onların böyük əksəriyyəti seçkilərlə bağlı çox pozitiv fikirlərlə, pozitiv qeydlərlə getdilər və düşünürəm ki, bu da əslində ölkəmizlə bağlı müsbət təəssüratların formalaşmasında önəmli rol oynayır”, - deyə U.Rəhimoğlu söyləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13

