Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
28.02.2020 [09:41]
Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan və Türkiyənin əlaqələri son illərdə mühüm mərhələyə qədəm qoyub. Fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş, səsləndirilən bəyanatlar, imzalanan yeni sazişlər onu deməyə əsas verir ki, iki qardaş ölkə arasında hərtərəfli münasibətlər getdikcə daha da güclənir. Elə Türkiyə tərəfindən Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Dilucu sərhəd-keçid məntəqəsində bir neçə gün əvvəl tətbiq olunan məhdudiyyətin aradan qaldırılması və məntəqənin fəaliyyətinin bərpa edilməsi də qardaşlıq münasibətlərinin ən bariz nümunəsi oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında deyib.
Vüqar Rəhimzadə bildirib ki, hazırda qardaş ölkələrimiz iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqelərindən daha səmərəli şəkildə istifadə edirlər: “Hər iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri, liderlərin mütəmadi xarakter daşıyan qarşılıqlı səfərləri, görüşləri, müxtəlif zirvə toplantıları çərçivəsində təmasları, birlikdə həyata keçirdikləri beynəlxalq transmilli layihələr qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olur. Məhz bu mənada bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan, iki ölkə arasında münasibətlərin çox vacib elementlərindən olan neft və qaz layihələri təkcə regionda deyil, eləcə də dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb”.
“İki sahil” qəzetinin baş redaktoru, həmçinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti rəsmi səfərinin də mahiyyətindən və nəticələrindən danışaraq deyib: “Bu səfər zamanı Azərbaycan və Türkiyə arasında 14 yeni sənəd imzalandı və bu sazişlərin hər biri qardaş ölkələrin iqtisadi-ticari əlaqələrinin daha da gücləndirilməsinə imkan yaradacaq. Qeyd edim ki, iki ölkə arasında 2019-cu ildə ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Lakin imzalanan yeni sənədlərlə, o cümlədən preferensial ticarət sazişi ilə iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına böyük təkan veriləcək. Təsadüfi deyildir ki, yaxın gələcəkdə qardaş ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması planlaşdırılır. Yəni, hədəf ticarət dövriyyəsinin 3 dəfə artırılmasıdır. Bununla yanaşı, hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və onlar 300-dən çox layihə çərçivəsində 16 milyard dollar həcmində iş görüblər. Eyni zamanda, Azərbaycan Türkiyə iqtisadiyyatına 18, Türkiyə isə öz növbəsində Azərbaycana 12,5 milyard dollar sərmayə qoyub. Göründüyü kimi, dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan qardaş Türkiyə Respublikası ilə çoxşaxəli münasibətlərini inkişaf etdirməkdədir. Əminliklə demək olar ki, dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan mühüm sazişlər Azərbaycan və Türkiyəyə böyük siyasi və iqtisadi dividentlər gətirəcək”.
Xəbər lenti
Hamısına baxİdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48

