Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

10.06.2026 [07:48]

İranın Bəndər Abbas, Qəşm, Sirik bölgələrində partlayışlar baş verib. Hava hücumundan müdafiə sistemləri işə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İran televiziyası məlumat verib.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı üzərində patrul xidməti aparan “Apache” helikopterlərindən birinin iranlılar tərəfindən vurulduğunu bildirərək İrana qarşı zərbələr endirməyə başlandığını elan edib.

İran televiziyasının məlumatına görə, ölkənin hərbi qüvvələri yaxın dəqiqələrdə ABŞ-nin bu hücumlarına cavab verəcək.

Eyni zamanda, İran xarici işlər nazirinin müavini dünən “əl-Cəzirə”yə verdiyi açıqlamada İranın ötən gecə Hörmüz boğazı üzərində qəzaya uğrayan ABŞ-nin “Apache” helikopterinin hədəfə alınmasının arxasında dayandığını təkzib edib.

İran rəsmisi bildirib ki, Hörmüz boğazındakı gərgin vəziyyət səbəbindən bu cür hadisələrin qeyri-ixtiyari şəkildə baş verməsi ehtimalı var. Rəsmi, həmçinin vurğulayıb ki, İran tərəfindən ABŞ helikopterinin Hörmüz boğazı üzərində qəsdən hədəfə alınması baş verməyib.

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30