Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

09.06.2026 [22:42]

Çinin “Tiangong” kosmik stansiyasında aparılan yeni araşdırma qaraciyər hüceyrələrinin metabolizmasının tənzimləyici mexanizmlərinin müəyyən edilməsinə və qaraciyər piylənməsi xəstəliyinin müalicəsi üçün yeni yanaşmanın işlənib hazırlanmasına töhfə verə bilər.

AZƏRTAC “China Daily” gündəlik qəzetinə istinadla xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının Mexanika İnstitutunun dosenti Li Ninq məlumat verib. Bildirib ki, yeddigünlük kosmik təcrübə mikroqravitasiya şəraitində qan axını və mexaniki amillərin qaraciyər hüceyrələrinin lipid mübadiləsinə təsirini öyrənmək məqsədi daşıyıb.

Alimlərin qənaətinə görə, mikroqravitasiya mühitində qan axınının zəifləməsi qaraciyərdə yağ yığılmasını artırır, normal şəraitdə isə qan axını metabolik balansın qorunmasında mühüm rol oynayır.

Bildirilib ki, təcrübələrin nəticələri gələcəkdə qaraciyər yağlanması xəstəliyi və qaraciyər fibrozu kimi problemlərin müalicəsində yeni elmi yanaşmaların hazırlanmasına imkan yarada bilər. Nümunələrin Yerə gətirildikdən sonra daha dərin təhlil ediləcəyi qeyd olunub.

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30