Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı 8 faiz artıb

Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı 8 faiz artıb

12.06.2026 [22:40]

Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, ölkəyə aprel ayında 288,5 min xarici qonaq gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur və pandemiyadan əvvəlki səviyyənin 94 faizinə bərabərdir.

Ən yüksək artım Çindən gələn turistlər arasında qeydə alınıb. Belə ki, bu ölkədən gələnlərin sayı 52 faiz artaraq 32,5 min nəfərə çatıb. ABŞ-dən gələn turistlərin sayı 14 faiz artaraq rekord həddə – 25,8 min nəfər olub. Avstraliyadan 138 min, Hindistandan isə 8 min ziyarətçi qəbul edilib.

Yeni Zelandiyanın turizm və qonaqpərvərlik naziri Luiz Apston bildirib ki, göstəricilər ölkənin turizm sektorunda davam edən bərpanı və beynəlxalq səyahətçilərə tələbatın artdığını nümayiş etdirir.

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30