Stanislavski teatrının sonu
13.06.2026 [09:15]
Çoxdan çatıb...
Onu səhnəmizdən və ideoloji ədəbiyyatdan ayırmasaq, uzun müddət tamaşaçıya doğru bağıra-bağıra qalacağıq. Halbuki pıçıltı lazımdır. Müasir insan öz pıçıltısını eşitmir: sosial media və kommunikasiyanın tovlayıcı həlqələri Adamın özünü teatra çevirir. Teatr o qədər yadlaşıb, elə “uzaqlaşıb” ki, az qala hər gün yanımızda - burnumuzun və barmaqlarımızın ucundadır. İndi biz onu yenidən yaradırıq. Stanislavskiyə nə hacət?
Sovet dövrünün populyar, ironik atmacası vardı: “Həyat teatrdır, insanlar isə bu teatrın aktyorları”. Senzuralı sovet cəmiyyəti atmacasını da Şekspirdən götürürdü...
Stanislavski getdi, pafosu qaldı. O, səhnəni də, müəllifi də şişirtməyi bacarırdı. Şar o qədər şişdi ki, partlayışlardan qulaq çatladı. Bu da son...
Elə bir zaman gəlib ki, teatr da virtuallaşmaqda, texnologiyalarla ayaqlaşmaqda, vizuallaşmaqdadır. Mahiyyət, məzmun isə dəyişmir - insanı tərbiyələndirmək! Görünür, elə bu yanaşmada - təməldəcə yanlışlıq, dirəşmə var. Budur, türkəçarə bir həkim, “əməkdar” tiktoker virtualda möhtəşəm səhnə qurub, öz teatrını yaradıb. O da Stanislavski metodları ilə dirəşir, şişirdir, vizuallaşdırır, öz “daxili aləmini” üzə çıxarır və bizi tərbiyələndirməyə çalışır. Anlatmağa çalışır ki, biz nəyi isə düz etmir, ümumiyyətlə düzğün yaşamırıq. Belə çıxır, bu həkimin Stanislavskidən xəbəri də yoxdur, teatrın cəmiyyət qarşısındakı yüz illik xiddmətləri hələ də ünvanına çatmayıb, amma tiktokerimiz hər gün digərlərinin qapısını döyəcələyir, biz qapını açırıq və o içəri daxil olur...
Teatr həm də evdən uzaq, səmavi oyundur. Onun sehri danılmazdır. Muzeylərimizdə və mənəvi yaddaşımızda sənətinə borclu olduğumuz onlarla möhtəşəm aktyorumuz (eləcə də rejissor və digər teatr xadimlərimiz) var. Sovet bataqlığı böyük aktyorlarımızın Hollivuda gedib çıxmasına aman vermədi. Çatsaydılar nə olacaqdı? Ekran qəhrəmaları? Dünya əfsanəsi? Bu da sualdır...
Teatrı dəyişmək üçün mədəniyyətimizin, irsimizin alt qatlarında yatan dramaturgiyaya nəzər yetirmək lazımdır (Deyəsən, “qədim yunan” yaramadı). Yenə gəlib çıxdıq, “Mədəniyyət -2040” konsepsiyasına. Yoxsa ki, Stanislavski hələ də “saqqallı uşaq”larımızı tərbiyələndirməyə çalışacaq, Şekspir isə o tərəfdən başqa bir söz deyib işləri korlayacaq. Meydan və məzmunumuz var, axı. Ədəbiyyatımız, ərkanımız da eləcə...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

