Dövlət xadimi və yazıçı Hidayət Orucov dünyasını dəyişib
13.06.2026 [23:20]
Azərbaycanın tanınmış dövlət xadimi, diplomat, şair-dramaturq Hidayət Orucov vəfat edib.
Yeniazerbaycan.com-un məlumatına görə, o, Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib.
Hidayət Orucov uzun illər Azərbaycanın ictimai-siyasi, ədəbi və mədəni həyatında mühüm rol oynayıb. O, müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, milli siyasət məsələləri üzrə Dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.
Hidayət Orucov 2012–2021-ci illərdə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.
Qeyd edək ki, Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Meğri rayonunun Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
Ədəbi mühitdə "Hidayət" imzası ilə tanınan o, uzun illər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edib, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasının sədri olub və Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verib.
1984-cü ildən etibarən Bakıda fəaliyyət göstərən Hidayət Orucov "Gənclik" nəşriyyatında rəhbər vəzifələrdə çalışıb, milli ədəbiyyatın və kitab mədəniyyətinin inkişafında mühüm xidmətlər göstərib.
O, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993–2005-ci illərdə milli siyasət məsələləri üzrə Dövlət müşaviri, 2006–2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.
2012-ci ildə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilən Hidayət Orucov 2021-ci ilədək bu vəzifədə çalışıb.
Hidayət Orucov Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına, eləcə də bir sıra dövlət mükafatlarına layiq görülüb. Onun yaradıcılığı poeziya, dramaturgiya, publisistika və nəsr sahələrini əhatə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

