Sabunçu rayonunda “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirildi
12.06.2026 [14:40]
Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatları – Azər Allahverənov və Arzuxan Əlizadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki prinsipiallığı və vətənpərvər mövqeyi onu uzaqgörən siyasi lider kimi fərqləndirirdi. Onun xalqla birbaşa təması, açıq ünsiyyət qurmaq bacarığı və şəffaf idarəçilik yanaşması cəmiyyətin ona olan inamını daha da möhkəmləndirdi. A.Vəliyev vurğuladı ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun və gələcəyə doğru inamla irəliləməsinin başlanğıcı oldu.
Daha sonra çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov bildirdi ki, 15 iyun təkcə təqvimdə qeyd olunan bir tarix deyil, müasir Azərbaycan dövlətinin xilası və yüksəlişinin başlanğıcıdır. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin gələcək taleyini müəyyənləşdirən mühüm hadisəyə çevrildi. Qeyd olundu ki, onun siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və uzaqgörən fəaliyyəti nəticəsində ölkədə sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi və inkişaf strategiyasının əsasları formalaşdırıldı.
Çıxışlardan sonra bir qrup YAP fəalı YAP Sabunçu Rayon Təşkilatı tərəfindən diplomla təltif olundu.
“15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir konsert proqramı ilə davam etdi.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45

