Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dərmanların təhlükəsizliyi necə qorunur?

Dərmanların təhlükəsizliyi necə qorunur?

09.06.2026 [19:25]

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində idxal proseduru zamanı dərman vasitələrinin yoxlanılması iki mərhələdə aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının müdiri Çingiz Şükürov məlumat verib.

O bildirib ki, birinci mərhələdə dərman vasitələrinin idxal sənədləri, qeydiyyat vəsiqələri, qablaşmaları və içlik vərəqələri yoxlanılır, ikinci mərhələdə isə onların laborator ekspertizası aparılır: “Laborator analizlər zamanı dərman vasitəsi nümunələrinin keyfiyyət parametrləri yoxlanılır. Dərmanların keyfiyyət göstəricilərinin yoxlanılması mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyası tərəfindən həyata keçirilir. Azərbaycana idxal olunan dərman vasitələrinin keyfiyyət parametrləri müxtəlif fiziki, fiziki-kimyəvi və müasir instrumental analiz üsullarından istifadə edilərək yoxlanılır. Ekspertiza yekunlaşdıqdan sonra hər bir dərman vasitəsinin seriyasına uyğun olaraq, idxalçı şirkətə uyğunluq haqqında analiz sertifikatları təqdim edilir. Hər hansı göstəricidə uyğunsuzluq aşkar edildikdə isə, bu barədə analiz sertifikatı şirkətə təqdim olunur və həmin məhsulun ölkəyə idxalına icazə verilmir”.

Laboratoriya müdiri qeyd edib ki, saxta dərman vasitələri pərakəndə və topdansatış əczaçılıq müəssisələrinin yoxlanılması, dərmanların ekspertizası, həmçinin gömrük orqanları nəzarəti zamanı aşkar edilə bilər. Laborator ekspertiza isə dərman vasitələrinin saxta olub-olmamasının aşkar edilməsinin əsas yollarındandır: “Laborator ekspertiza zamanı saxta dərman vasitələrinin müəyyən edilməsi üçün ilk növbədə nümunənin qablaşması və sənədləri yoxlanılır. Növbəti mərhələdə mərkəzdə sözügedən nümunəyə dair normativ sənədlər mövcud olduqda həmin sənədlərə əsasən, olmadıqda isə farmakopeya məqalələrinin tələblərinə əsasən keyfiyyət parametrləri yoxlanılır. Saxta dərman vasitələrinin müəyyən edilməsi üçün Analitik Ekspertiza Mərkəzi ilə bir çox ölkələrin əczaçılıq sahəsində milli tənzimləyici qurumları arasında memorandumlar imzalanıb. Bu sənədlər əsasında həmin ölkələrin tənzimləyici qurumları ilə bu sahədə məlumat mübadiləsi aparılır, saxta və keyfiyyətsiz dərman vasitələri haqqında məlumatlar əldə edilir. Həmçinin mərkəz əczaçılıq sahəsində bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edərək, dünyada dövriyyədə olan saxta dərman vasitələri haqqında operativ məlumat əldə etmək imkanına malikdir”.

Paylaş:
Baxılıb: 39 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30