Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

09.06.2026 [21:20]

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən mövsümi daşqınlar və təbii fəlakətlər nəticəsində 301 nəfər həlak olub, 385 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təbii fəlakətlər nəticəsində 2 minə yaxın ev tamamilə dağılıb, 7 mindən çox evə isə qismən ziyan dəyib. Həmçinin 580 kilometrə yaxın yol yararsız hala düşüb, 30 min akrdan çox əkin sahəsi su altında qalıb və ya məhv olub.

Məlumata görə, ölkə üzrə ümumilikdə 18 min 812 ailə təbii fəlakətlərdən zərər çəkib.

Paylaş:
Baxılıb: 362 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31