AŞPA-nın prezidenti Milli Məclisin Sədrini təbrik edib
13.03.2020 [09:34]
Deputat Sahibə Qafarovanın VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi münasibətilə parlamentin ünvanına təbriklər daxil olmaqdadır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, bu münasibətlə Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Daems martın 11-də Sədrə təbrik məktubu göndərib.
AŞPA-nın prezidenti məktubunda S.Qafarovanın Milli Məclisin Sədri seçilməsinin onu qəlbən sevindirdiyini və bu münasibətlə Avropa Şurası Parlament Assambleyası adından ürəkdən təbrik etdiyini yazıb.
Məktubda deyilir: “Fəxr edirəm ki, Parlament Assambleyamızın üzvü belə mühüm vəzifəyə seçilib. Əminəm ki, Sizin bilik, təcrübə və peşəkarlığınız yeni və məsuliyyətli fəaliyyətinizdə faydalı olacaqdır. Siz bizim Assambleyanın həmişə ən fəal üzvlərindən biri olmusunuz. Xüsusilə, miqrasiya və gender bərabərliyi ilə əlaqəli məsələlərdə fəal iştirakınız hamı tərəfindən yüksək qiymətləndirilib. Əminəm ki, Sizin Sədr seçilməyiniz Milli Məclislə Parlament Assambleyası arasında əlaqələrin daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək”.
Özünün də bir müddət əvvəl AŞPA-nın prezidenti seçildiyini xatırladan Rik Daems qeyd edir ki, səlahiyyəti müddətində Parlament Assambleyası ilə milli parlamentlər arasında münasibətləri yeni səviyyəyə qaldırmaq, quruma üzv ölkələrlə daha fəal əməkdaşlıq etmək üçün yorulmadan çalışacaq. Məktubda deyilir: “Bu missiyanı həyata keçirmək üçün quruma üzv 47 dövlətin və onların milli parlamentlərinin dəstəyinə ehtiyacım olacaq. Məhz bu səbəbdən Avropa Şurasına üzv olan hər bir dövlətə səfər etməyi nəzərdə tuturam. Sizinlə səmimi əməkdaşlığımıza inanıram. Ümid edirəm ki, tezliklə Bakıda görüşmək imkanımız olacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08

