/ / Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin davamlı xarakter alması cəmiyyətdə təqdirlə qarşılanır
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin davamlı xarakter alması cəmiyyətdə təqdirlə qarşılanır
15.05.2020 [11:52]
Ekspertlərin qənaətinə görə, məhkəmə-hüquq və kadr islahatları ölkəmizdə korrupsiyaya qarşı mübarizənin bundan sonra da qətiyyətlə davam etdiriləcəyindən xəbər verir
Son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də uğurlu islahatlar həyata keçirilir. Ötən ilin aprelin 3-də dövlət başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman isə bu sahədə islahatların genişləndirilməsi istiqamətində mühüm rol oynayır. Eyni zamanda, bu yaxınlarda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi də əksər ekspertlər tərəfindən məhkəmə-hüquq sistemində aparılan islahatların yeni mərhələsi kimi xarakterizə olunur.
Daha dəqiq desək, məhkəmə-hüquq sistemində aparılan islahatların davamı kimi, dövlət başçısı tərəfindən yeni Baş prokurorun təyinatı, eyni zamanda, ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan genişmiqyaslı mübarizənin davamlı xarakter alması cəmiyyətdə təqdirlə qarşılanır. Yeri gəlmişkən, qeyd edək ki, Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu məqama toxunan Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir” deyib.
Öz növbəsində, sözügedən məsələyə münasibət bildirən Milli Məclisin üzvü Aydın Hüseynov Prezident İlham Əliyev tərəfindən 2018-ci ildən başlanılan, 2019-cu ilin sonlarına doğru daha geniş vüsət alan hüquqi, institusional və kadr islahatlarının 2020-ci ildə də intensiv şəkildə davam etdirildiyini vurğulayıb. Qəzetimizə açıqlamasında ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə məsələsinə də toxunan millət vəkili deyib ki, bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara rəğmən, öz əməllərini davam etdirən bəzi vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi zərurəti yaranıb: “Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Yevlax, Ağstafa, Neftçala, Biləsuvar və İmişli rayonlarının icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi də bunun nəticəsidir”.
A.Hüseynov qeyd edib ki, dövlət başçısı yeni Baş prokuroru vəzifəyə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkədə korrupsiyaya qarşı mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha ortaya qoyub, tətbiq edilən məsuliyyət tədbirlərinin bu cür çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini bildirib: “Beləliklə, 8 may tarixində DTX tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat bir daha sübut etdi ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək”.
Azərbaycanda korrupsiyaya və rüşvərxorluğa qarşı genişmiqyaslı mübarizə aparıldığını diqqətə çatdıran Milli Məclisin deputatı Jalə Əliyeva isə deyib ki, Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımlar ölkə vətəndaşları tərəfindən tam dəstəklənir: “Təəssüf doğuran cəhət odur ki, bəzi vəzifəli şəxslər cəzalandırılan digər məmurların əməllərini təkrar edir, onlara etibar olunan vəzifədən sui-istifadə edərək öz şəxsi maraqlarını təmin etməyə çalışırlar. Bunun nəticəsi isə göz qabağındadır. DTX tərəfindən həyata keçirilən son əməliyyatlar bir daha göstərdi ki, dövlət başçısının qeyd etdiyi kimi, bundan sonra da korrupsiya və rüşvətxorluğa qarşı dövlətin apardığı mübarizə amansızlığı ilə seçiləcək”.
Kamran Əliyevin Baş prokuror təyin edilməsinə münasibət bildirən J.Əliyevanın sözlərinə görə, bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisinin təyin olunması məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşdirilməsində və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayacaq: “Ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığı bir vaxtda məhkəmə-hüquq sistemində də kadr islahatlarının həyata keçirilməsi yüksək dəyərləndirilir. Yeni Baş prokuroru videoformatda qəbul edərkən Prezident İlham Əliyevin ökədə genişmiqyaslı islahatların aparılmasının vacibliyi haqqında səsləndirdiyi fikirlər də bir daha təsdiqləyir ki, kadrların peşəkarlığı dövlət başçısının daim diqqət mərkəzindədir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

