/ / Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl haqqında kitabın elektron versiyasında Azərbaycan Prezidentinin məqaləsi verilib
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl haqqında kitabın elektron versiyasında Azərbaycan Prezidentinin məqaləsi verilib
18.06.2020 [09:23]
Türkiyədə fəaliyyət göstərən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi “Süleyman Dəmirələ ərməğan” adlı kitab hazırlayıb.
AZƏRTAC xəbər verir ki, kitabın “Mərmərə Qrupu”nun rəsmi saytında yerləşdirilən elektron versiyasında Ulu Öndər Heydər Əliyev ilə görkəmli dövlət xadimi Süleyman Dəmirəlin dostluq və qardaşlıq münasibətlərindən, türk dünyasının bu iki böyük oğlunun Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərindən bəhs olunur.
Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin əziz xatirəsinə” sərlövhəli məqaləsi də verilib. Məqalədə dövlətimizin başçısı Türkiyənin IX Prezidenti Süleyman Dəmirəlin mənalı həyat yolundan və zəngin dövlətçilik fəaliyyətindən söhbət açır, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Görkəmli dövlət xadimi və siyasətçi Süleyman Dəmirəlin bütün həyat və fəaliyyətini doğma ölkəsinin rifahına həsr etdiyini vurğulayan Prezident İlham Əliyev yazır: “Atam Heydər Əliyev ilə Süleyman Dəmirəli sıx dostluq münasibətləri birləşdirirdi. Onların arasında olan əlaqələr Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri vəzifəsində işləyərkən yaranmışdı... Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə qayıtmasından və Prezident seçilməsindən sonra onunla Süleyman Dəmirəl arasında dostluq münasibətləri daha da möhkəmləndi. Onlar qarşılıqlı səfərlər edir, daim telefon vasitəsilə əlaqə saxlayırdılar.
Heydər Əliyevin Süleyman Dəmirəllə xüsusi dostluq münasibətlərinin şəxsən şahidi olmuşam. Heydər Əliyev Türkiyəyə səfər edəndə Süleyman Dəmirəl və həyat yoldaşı Nəzmiyə xanım bizi evində qəbul edirdi.
Bu illər ərzində Azərbaycan-Türkiyə əlaqələrinin möhkəm təməli qoyuldu. Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı Azərbaycan-Türkiyə münasibətlərinin hakim fəlsəfəsinə çevrildi”.
Azərbaycanın neft strategiyasının təməlinin qoyulmasında və reallaşdırılmasında Ulu Öndər Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük xidmətlərini xatırladan Prezident İlham Əliyev yazır: “1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul Sammiti zamanı aparılmış müzakirələr nəticəsində Heydər Əliyevin, Süleyman Dəmirəlin və digər dövlət başçılarının iştirakı ilə “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti arasında Saziş”, həmçinin bu layihənin dəstəklənməsi və qısa müddət ərzində həyata keçirilməsi haqqında Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və ABŞ prezidentləri tərəfindən İstanbul Bəyannaməsi imzalandı.
2002-ci ildə Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2006-cı ildə isə mənim və digər dövlət başçılarının iştirakı ilə neft kəmərinin açılışı oldu. Bu kəmərin reallığa çevrilməsində Süleyman Dəmirəlin siyasi dəstəyi mühüm rol oynadı”.
Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəlin ölkəmizə səfərlərindən, onun Azərbaycanın yüksək dövlət ordenləri ilə mükafatlandırılmasından, “Azərbaycan Respublikasının Fəxri vətəndaşı” adına layiq görülməsindən bəhs edən Prezident İlham Əliyev məqaləsini bu sözlərlə bitirir: “Süleyman Dəmirəlin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.
Kitabda Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl barədə xoş sözləri, görkəmli dövlət xadimlərinin, alimlərin, diplomatların məqalələri toplanıb.
“Mərmərə Qrupu”nun saytında qeyd olunur ki, kitab türk və ingilis dillərində nəşr ediləcək.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

