/ / Soltan Məmmədov: Dağlıq Qarabağda çəkilmiş və Kann festivalına təqdim olunmuş film münaqişənin tarixini, məğzini təhrif edir
Soltan Məmmədov: Dağlıq Qarabağda çəkilmiş və Kann festivalına təqdim olunmuş film münaqişənin tarixini, məğzini təhrif edir
20.06.2020 [09:01]
Milli Məclisin deputatı Soltan Məmmədov Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində çəkilmiş və Kann Festivalına təqdim olunmuş Nora Martirosyanın “Külək sakitləşərsə” (Si le vent tombe) filmi ilə bağlı Azərbaycan ictimaiyyətinin etirazını parlamentin bugünkü iclasında diqqətə çatdırıb.
AZƏRTAC xəbər verir ki, Soltan Məmmədov işğal olunmuş Azərbaycan torpaqlarında çəkilmiş bu filmin münaqişənin bütün tarixini, səbəblərini və məğzini təhrif etmək məqsədinə xidmət etdiyini bildirib. O, həmin filmin ərsəyə gəlməsində Fransa şirkətinin də iştirakını, eyni zamanda, Kann festivalına təqdim olunmasını təəssüf hissi ilə qeyd edib: “İlk növbədə, onu vurğulamaq istərdim ki, bu və buna bənzər təşəbbüslər sürətlə inkişaf edən Azərbaycan-Fransa münasibətlərinin bugünkü ruhuna, xalqlarımız arasındakı dostluq əlaqələrinə, habelə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın vasitəçilik missiyasının məqsədinə adekvat deyil. Xüsusilə ona görə ki, hər iki ölkə iqtisadi, siyasi, humanitar və mədəni sahələrdə qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyi də Fransanın müvafiq qurumlarına məsələ ilə bağlı öz etirazını bildirib. Qeyd etmək istərdim ki, Fransanın iki regionu tərəfindən filmin çəkilişinə maliyyə və maddi-texniki yardım göstərilib. Eyni zamanda, Kann festivalının sponsor tərəfdaşı olan Provence Alpes Cote d’Azur regionu da filmin istehsalına dəstək verib. Bu cür fəaliyyətlər Fransa qanunvericiliyi ilə tənzimlənən ərazi vahidlərinin beynəlxalq əməkdaşlıqda davranış və nəzarət qaydaları üzrə hüquqi çərçivədə müəyyən edilmiş prinsiplərə ziddir.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi Fransanın Azərbaycandakı səfirliyinə müraciət edərək bu məsələ ilə bağlı mövqeyini ifadə etməyə dəvət edirəm. Səfirlikdən bu cür addımların Azərbaycan və Fransa xalqları arasında dostluq münasibətlərinin ruhuna zidd olduğu, münaqişə tərəfləri arasında qarşılıqlı etimada xidmət etmədiyi, tarixi həqiqətləri yanlış təqdim etdiyi barədə fikirlərimizi bölüşəcəyini gözləyirəm və əminəm ki, səfirlik səslənən fikirləri anlayışla qarşılayacaq. Fürsətdən istifadə edərək deputat həmkarlarıma, Azərbaycan kino sənayesi işçilərinə, incəsənət adamlarına, kütləvi informasiya vasitələrinə müraciət edərək bu cür hallara kəskin etirazını bildirməyə çağırıram. Qəti şəkildə inanıram ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu qəbildən olan digər mübahisəli mövzulara həsr olunmuş belə filmlər tarixi faktların təhrif olunmasına və beləliklə də ziddiyyətlərin dərinləşməsinə deyil, əksinə, sülh və qarşılıqlı etimad atmosferinin yaradılması məqsədinə xidmət etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

