Koronavirusa yoluxanların sayının getdikcə artması həyəcan təbilidir
24.06.2020 [08:41]
Biz əvvəllər koronavirusa gündəlik yoluxanların sayından danışarkən 30-50, yumşalmadan sonra 100-150, sonrakı mərhələdə 250-350 statistikasını qeyd edirdik. Bu gün isə artıq 400-500 arası yoluxmadan danışırıq. Ölüm hallarından isə söz düşəndə gündəlik eşitdiyimiz 1-2 rəqəmi artıq 6-7 səviyyəsinə yüksəlib. Bu acınacaqlı vəziyyət barədə statistika onu göstərir ki, cəmiyyətimizin bəzi sosial məsuliyyət öhdəliyini anlamayıb pandemiyanı zarafat kimi başa düşənlərin məsuliyyətsizliyi ucbatından virus təsir dairəsini genişləndirir.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, ictimai yerlərdə, nəqliyyatda, mağazalarda, bazarda maskadan istifadə etməyənləri, sosial məsafəni gözləməyənləri, karantin qaydalarına riayət etməyənləri, ictimaiyyəti aldatmağa çalışanları ciddi şəkildə ictimai qınağa məruz qoymaq lazımdır. Koronavirusa yoluxanların sayının getdikcə artması bir həyəcan təbilidir. Bu gün Milli Məclisdə, Prezident Administrasiyasında, ayrı-ayrı nazirliklərdə, dövlət qurumlarında bu xəstəliyə yoluxanlar var. Hətta, ötən gün rayon icra hakimiyyəti başçısının müavini vəfat etdi. KİV nümayəndələri arasında koronavirusa yoluxanlar da var, hətta ailəlikcə karantinə alınanlar da mövcuddur. Məgər bunlar yetmirmi ki, məsuliyyətsizlik edənlər məsuliyyətə gəlsinlər? Axı, nə qədər insan yoluxmalı və vəfat etməlidir ki, koronavirus pandemiyasının təhlükə və təhdid arealını başa düşək? Əgər biz özümüzü, ailələrimizi, cəmiyyətimizi qorumaq istəyiriksə, bir olmalıyıq, görünməyən düşmənə qarşı birgə savaşmalıyıq. Bu səbəbdən də yoluxanları yenidən sağlam həyata qaytarmaq üçün sərf etdiyimiz çox yüksək fədakarlıqla yanaşı, böyük əksəriyyətin həyatını təhlükəyə atan bir sıra məsuliyyətsizləri də eyni formada məsuliyyətə dəvət etməliyik. Düşünürəm ki, pandemiyanın artan tempini sındırmaq üçün ictimai qınaq və inzibati cəza daha sərt formada həyata keçirilməlidir.
“Dövlət pandemiya ilə mübarizədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Yoluxanların müalicəsi üçün lazım olan bütün texniki və maddi resursları təmin edir. Yeni xəstəxanaların inşasından tutmuş ağır xəstələr üçün nəzərdə tutulmuş süni nəfəs aparatlarının alınmasına qədər bütün addımlar atılır. Demək olar ki, respublikanın bütün aidiyyəti üzrə mütəxəssis həkimləri və tibb işçiləri səfərbər olunub” - deyən Sədaqət Vəliyeva ictimaiyyətə sual edərək soruşur ki, bəs, biz cəmiyyət olaraq üzərimizə düşəni edirikmi? Bu gün karantin qaydalarını pozub Bakıdan rayonlara gizli yollarla qaçmağa çalışanlar bilirlərmi ki, koronaviruslu xəstələrin müalicəsi ilə 10 tibb işçisi məşğul olur? Bilirlərmi ki, həmin həkimlər, tibb işçiləri 3 aydır ailələrindən uzaqdırlar? Bilirlərmi ki, həmin həkimlər həyatlarını riskə atırlar? Düşünürlərmi ki, hər xəstələnən 400-500 nəfərə əlavə 40-50 həkim-tibb işçisi briqadası gərəklidir? Hələ mən bunun maddi, texniki, preparat tərəfindən danışmıram. Polisi aldadıb, hakimiyyətə şər atıb, özünün istirahətini, rahatlığını düşünənlər bilirlərmi ki, polis də, həkim də insandır, onların da sinirləri, əsəbləri, şəxsi həyatları var?.
Sədaqət Vəliyeva vurğulayıb ki, sosial şəbəkələrdə hakimiyyəti şantaj edib, ictimai rəyi çaşdıranlar daha böyük cinayət işləyənlərdir: “Bu gün AXCP və Milli Şuranın timsalında sosial şəbəkələrdə virtual terrorla məşğul olan, ictimaiyyəti aldadan, saxta sosial tələblərlə insanları kütləvi itaətsizliyə çağıran bir qrup cinayətkar fəaliyyətdədir. Onların məqsədi koronavirus pandemiyasından istifadə edib Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır. Ona görə də, əsas hədəf kimi polisləri və həkimləri, səhiyyəmizi götürüblər. Məqsədli şəkildə Azərbaycan polisinə və səhiyyəsinə qara yaxırlar. Guya insanları düşünürmüş kimi fon yaradan bu düşmənlər, əslində, polisə və həkimlərə olan inamı aradan qaldırmaq istəyirlər. Niyyətləri odur ki, cəmiyyətdə polis və həkimlərə qarşı inamsızlıq mühiti formalaşsın. Çox təəssüflər olsun ki, onların bu antidövlət və antixalq təbliğatına inanan, virtual kütlənin tərkib hissəsinə çevrilənlər də tapılır ki, onlar da pandemiyanın ya qurbanına, ya da yayıcısına çevrilirlər. Bu səbəbdən də ictimai qınaq və cəza tədbirləri kontekstində “beşinci kolon”un təxribatlarının qarşısı qətiyyətlə alınmalıdır, layiq olduqları cəzaya məhkum edilməlidirlər. Əgər söhbət xalqımızın sağlamlığından, dövlətimizin dayanıqlılığından, müstəqilliyimizin əbədiliyindən gedirsə, hər bir vətəndaş dövlətin, hakimiyyətin yanında olmalıdır, fərdi dəstəyini verməlidir”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

