Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan faşizm ideologiyasından əl çəkmək niyyətində deyil

Ermənistan faşizm ideologiyasından əl çəkmək niyyətində deyil

10.07.2020 [09:34]

Yaxud Azərbaycanın məqsədyönlü fəaliyyəti nəticəsində işğalçı dövlətin əsl faşist mahiyyəti ifşa olunub
Məlum olduğu kimi, hələ sovet dövründən Ermənistanda faşizm ideologiyasını təbliğ edən və faşizmə qulluq edənlərə xüsusi rəğbət mövcud olub. Ötən əsrin əvvəllərində Türkiyə və Azərbaycanın ərazilərində soydaşlarımıza qarşı kütləvi qırğın törədən, daha sonra xarici ölkələrə qaçan, II Dünya müharibəsi illərində isə Üçüncü reyxə xidmət edən Qaregin Ter-Arutyunyanın (Qaregin Njde) cəsədinin qalıqlarının 1983-cü ildə Rusiyadan gətirilərək Qafanda dəfn olunması, hətta orada ona qəbirüstü abidə ucadılması da bunu sübut edir. Müstəqillikdən sonra da işğalçı Ermənistanda həm keçmişdə, həm də indi hakimiyyətdə olan siyasi qüvvələrin faşizm ideologiyasından qidalandığını əks etdirən çoxsaylı faktlar var. Tarixən erməni terrorçuluğunun yaradıcılarından olan “Daşnaksutyun”la yanaşı, işğalçı ölkədəki digər bir çox partiyalar da terrorizmi, faşizmi, ksenofobiyanı mənimsəmələri ilə seçiliblər. Onların arasında torpaqlarımızın işğalında və Azərbaycan xalqına qarşı qırğınlarda, o cümlədən Xocalı soyqırımında bilavasitə iştirak etmiş Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbəri olduğu “Respublikaçı” partiya da var. Bu partiyanın ideologiyasının əsasını da məhz Q.Njdenin ermənilərin “ali irq” olması barədə saxta “Tsexakronizm” təlimi təşkil edir. Hətta bu partiya faşist simvolikasına oxşar rəmzlər daşıyır və hakimiyyətdən biabırcasına uzaqlaşdırılan S.Sarkisyandan imtina etmədikləri kimi, respublikaçıların faşist rəmzlərindən də imtina etmək fikirləri yoxdur. Xatırladaq ki, faşist Q.Njdeyə abidə ucadılması da məhz Serj Sarkisyanın hakimiyyəti dövründə baş tutub və özü kimi cəllad olan “ideya atası”na 6 metrlik hündürlüyündə heykəl qoyub. Lakin hərbi xunta rejimi devrilsə belə, bu gün də Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Belə ki, Njdeyə İrəvanın mərkəzində heykəl ucaldılması, Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması məsələsi Azərbaycan tərəfindən yüksək beynəlxalq tribunalardan diqqət mərkəzinə gətirilsə də, hətta Rusiyada ciddi şəkildə tənqid olunsa da, Ermənistanın indiki hakimiyyəti alman faşistlərinə xidmət edən bu canidən imtina etmək fikrində deyil. Yeri gəlmişkən, qeyd edək ki, hətta bu günlərdə Ermənistanın silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Norat Ter-Qriqoryants faşist Njdeni müdafiə edib. İndiki Ermənistan hakimiyyətinin rəhbərləri kimi, bu erməni generalı da faşist cəlladından fəxrlə bəhs edib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti nəticəsində Ermənistanın əsl faşist mahiyyəti ifşa olunub. Çünki bir faşisti qəhrəmanlıq simvoluna çevirənlərin “şanlı tarixi” də ola bilməz. Ermənistanın saxta tarixi və yüz il bundan əvvəlki hadisələr ətrafında uydurulmuş əfsanələri istismar etmək istəyənlərin niyyəti baş tutmur. Eyni zamanda artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı törətdiyi barədə həqiqətləri bilir və bu ölkənin əsl faşist mahiyyəti üzə çıxıb.
Sonda bir daha qeyd edək ki, işağlçı dövlətdə faşizm ideologiyası üstünlük təşkil edir və bugünkü Ermənistan cəmiyyəti də ksenofobiya, irqçilik və faşizmdən qidalanmağa məhkumdur. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edənlər öz əməlləri ilə “qəhrəman”larının faşist, terrorçu və cinayətkar olduğunu etiraf edirlər. Bu da faşist Njdeyə abidə ucaldan əvvəlki Sarkisyan rejiminin və faşistləri müdafiə edən indiki Paşinyan hakimiyyətinin əsl mahiyyətini ortaya qoyur.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 389 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31