/ / Prezident İlham Əliyev: Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq
Prezident İlham Əliyev: Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq
15.07.2020 [08:58]
Azərbaycan Ordusu ölkəmizin dövlət sərhədini növbəti dəfə qətiyyətlə qorudu
İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan qoşunların təmas xəttində gərginliyi artırmaqda davam edir və bu məqsədlə vaxtaşırı təxribatlar törədir. Düşmən ölkə belə bir təxribata növbəti dəfə iyulun 12-də əl atıb. Xəbər verildiyi kimi, bəhs olunan tarixdə günorta saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribat törədərək qəflətən hərbi postumuza artilleriya atəşi açıb. Düşmənin bu çirkin təxribatının nəticəsində bir neçə hərbiçimiz həlak olub və yaralanıb.
Şəhidlər versək də, bu dəfə də ordumuz Ermənistan silahlı qüvvələrinin təxribat cəhdlərinin qarşısını qətiyyətlə alıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, ordumuzun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib, qarşı tərəfin bir neçə hərbi obyektini və texnikasını sıradan çıxarıb. Yeri gəlmişkən, ordumuz tərəfindən Ermənistanın növbəti təxribat cəhdlərinin qarşısının alınması iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında da yüksək dəyərləndirilib. “Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”, - deyə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bildirib.
Baş verən təxribatın bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır
Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə sadiqdir. Respublikamız o mövqedən çıxış edir ki, danışıqlar səmərəli aparılmalı və substantiv nəticələrə istiqamətlənməlidir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi sənədlər, yer adları, çoxsaylı mədəniyyət nümunələri, yüzilliklər boyunca formalaşan ənənələr bu yerlərin məhz Azərbaycana məxsus olduğunu təsdiqləyir. Burada ermənilərə aid tarixi izlər isə yerli-dibli yoxdur. Tarixi sənədlərdən bəlli olur ki, ermənilər bura sonradan köçürülüblər. Respublikamızın mövqeyini möhkəmləndirən digər fundamental amil beynəlxalq hüquqdur. Azərbaycan da həm tarixi faktlara, həm də beynəlxalq hüquqa istinad edərək Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial yanaşma sərgiləyəyir, ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına səy göstərir.
Ermənistan isə tarixi faktlara və beynəlxalq hüquqa məhəl qoymayaraq münaqişənin həllində ziddiyyətli mövqedən çıxış edir, işğal nəticəsində yaranan mövcud statuskvonu sonsuzluğadək uzatmağa çalışır. İşğalçı dövlətin rəhbərliyi bir tərəfdən, beynəlxalq ictimaiyyətə üz tutaraq qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək istəyir. Digər tərəfdən isə düşmən ölkə hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə soxulmağa, mövqelərimizi zəbt etməyə uğursuz cəhdlər göstərir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Dağlıq Qarabağ probleminin həllində tutduğu qeyri-konstruktiv mövqeyə aydınlıq gətirilib. Dövlət başçımız bildirib ki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. “Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır”, - deyə dövlətimizin başçısı bildirib.
Qeyd edək ki, işğalçı Ermənistan bundan əvvəl də qoşunların təmas xəttində təxribat cəhdlərinə əl atıb. Ancaq hər dəfə ordumuzun sayıqlığı nəticəsində belə təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb və düşmənə sarsıdıcı zərbələr endirilib. Xatırladaq ki, 2016-cı və 2018-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində böyük ərazilər işğalçılardan azad olunub. Azərbaycan əsgərləri ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə giriblər və orada möhkəmləniblər. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi işğalçılardan təmizlənib. Hazırda Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət olunur. Bütün bu kimi faktlar Azərbaycanın işğal faktı ilə heç vaxt barışmayacağını bir daha təsdiqləyir.
Bəs, görəsən, Ermənistan rəhbərliyi qoşunların təmas xəttində gərginliyin artırılmasına hesablanan növbəti təxribat cəhdini nə üçün məhz indi reallaşdırmağa çalışıb? Vəziyyəti şərh edən müstəqil ekspertlər bunun Ermənistanda daxili vəziyyətin gərginləşməsi ilə birbaşa bağlı olduğunu bildirirlər. Zaman özünü yeri gəldi-gəlmədi “demokrat” kimi gözə soxmağa çalışan baş nazir Nikol Paşinyanın əleyhinə işləyir. Onun verdiyi vədlərin heç biri yerinə yetirilməyib. Forpost dövlətdə iqtisadi tənəzzül, anarxiya, hərcmərclik, korrupsiya baş alıb gedir ki, bu da əhalinin narazılığını getdikcə artırır. Indi Ermənistanda hamı anlayır ki, ölkənin yeni baş naziri məhz yalanlar, boş vədlər üzərində hakimiyyətə gəlməyə nail olub. Nikol Paşinyan və onun komandası xalqa hesabat vermək əvəzinə, manipulyativ əməllərə əl atır, o cümlədən də qoşunların təmas xəttində təxribatlar törətməklə insanların diqqətini hakimiyyətə ünvanlanan suallardan yayındırmağa çalışır. Prezident İlham Əliyevin bildirdiyi kimi, hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Əlbəttə ki, belə təxribatlara Azərbaycan tərəfindən adekvat cavab verilir. Bunu nəzərə çatdıran dövlətimizin başçısı “Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə, sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür”, - deyə vurğulayıb.
Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev düşmən ölkənin məhz indiki məqamda qoşunların təmas xəttində təxribata cəhd göstərməsinin digər bir səbəbinə də aydınlıq gətirib. Söhbət forpost dövlətin son vaxtlarda Azərbaycanın beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşmasından gedir. Bununla bağlı fikirlərini ifadə edən dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb”.
Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
Ermənistan öz ənənəsinə sadiq qalaraq bu dəfə də törətdiyi təxribata yalan donu geydirməyə, baş verənlərə görə yenə Azərbaycanı günahlandırmağa çalışır. Azərbaycan isə işğalçı dövlət tərəfindən qoşunların təmas xəttində törədilən növbəti təxribatın beynəlxalq səviyyədə obyektiv şəkildə araşdırılmasının tərəfdarıdır.
“Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Dünya birliyinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
Qeyd edək ki, Ermənistanın, xaricdəki erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq separatçı və qondarma “DQR”in özü də indiyədək heç bir xarici dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Müasir dünyada separatizm, bir dövlətin başqa bir ölkənin ərazisini zor gücünə ilhaq etməsi kəskin şəkildə pislənilir. Dünya birliyinin birmənalı mövqeyi belədir ki, bu kimi faktlar təhlükəli presedent yarada bilər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45

