/ / Hikmət Babaoğlu: Ermənistan terrorçu dövlətdir, xarici siyasəti terrorizmə, vandalizmə və faşizmə söykənir
Hikmət Babaoğlu: Ermənistan terrorçu dövlətdir, xarici siyasəti terrorizmə, vandalizmə və faşizmə söykənir
24.07.2020 [09:16]
Ermənilər iyun ayının 12 də Ermənistan - Azərbaycan dövlət sərhədində törətdikləri təxribatı hazırda ayrı-ayrı ölkələrdə dinc nümayişlər keçirən azərbaycanlılara qarşı törətməklə sözün əsl mənasında öz terrörçu mahiyyətlərini bir daha ortaya qoyurlar. Bu, Ermənistanın terrorçu dövlət olmasının, erməni xarici siyasətinin terrorizmə, vandalizmə və faşizmə söykənməsinin bariz göstəricisidir.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, azərbaycanlıların öz torpaqlarının erməni işğalından azad edilməsini tələb etməsi onların beynəlxalq hüquqla tanınan haqlarıdır: “Bunu dinc etiraz və asayişin qorunması çərçivəsində təşkil etmələri də yaşadıqların ölkələrin qanunlarına hörməti, və ona riayət etmələridir. Yəni bu, tamamilə hüquqa və özünüifadə azadlığına əsaslanan sivil kütləvi etiraz formasıdır. Ermənilərin isə bu cür dinc və hüquqi aksiyalar zamanı azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır. Ancaq işğalçı Ermənistan dövlət sərhədində törətdiyi təxribat zamanı Azərbaycan ordusu və xalqı tərfindən aldığı layiqli cavabı beynəlxalq təşkilatlar və vandalizm hərəkətləri etdikləri ölkələrin hüquq sistemi tərəfindən də almalıdır. Əks təqdirdə, aydın görünür ki, 1970-1980-ci illərdə ASALA, Daşnaksutyun və digər erməni terror təşkilatları tərəfindən müxtəlif ölkələrdə 70-dən çox insanı qətlə yetirmələri, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmələri, 24 türk diplomatını qətlə yetirmələri, ötən əsrin 20-30-cu illərində Azərbaycanın ictimai-siyasi xadimlərinə qarşı sui-qəsd təşkil etmələri kimi hadisələr yenidən baş verə bilər. Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərə yol verilməsi bunun mümkünlüyünü əsla istisna etmir. Ona görə də ermənilərin bu vandalizminin qarşısı dərhal alnmalıdır.
Untmaq olmaz ki, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması diplomatik nümayəndəliyi qəbul edən ölkənin məsuliyyətindədr. Eyni zamanda, müxtəlif ölkələrdə yaşayan, fəaliyyət göstərən insanların hüquq və azadlıqlarının təmin edilməsi və təhlükəsizliklərinin qorunması da həm beynəlxalq hüquqa, həm də yerli qanunvericiliyə görə həmin ölkələrin hüquqi öhdəliyinə daxildir. Ona görə də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, azərbaycanlıların beynəlxalq hüququn tələbi kimi erməni işğalına son qoyulması ilə bağlı dinc aksiya keçirmələri dəstəklənməli və onların təhlükəsizliyi təmin edilməlidir”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54

