/ / Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük Azərbaycanda hər bir məmurun fəaliyyətinin əsas prinsiplərini təşkil etməlidir
Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük Azərbaycanda hər bir məmurun fəaliyyətinin əsas prinsiplərini təşkil etməlidir
26.08.2020 [09:10]
Prezident İlham Əliyev: Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır
Ölkəmizdə yaxşı ənənə formalaşıb: Prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanlarında məsul vəzifələrə təyin etdiyi məmurları şəxsən qəbul edərək onlara Özünün tapşırıq və tövsiyələrini verir. Dövlətimizin başçısı avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Prezident İlham Əliyev videoqəbuldakı çıxışında respublikamızın hazırkı inkişaf mərhələsində idarəetmədə, kadr siyasətində qarşıya qoyulan yüksək tələbləri bir daha xatırladaraq Azərbaycan məmurlarını necə görmək istədiyi ilə bağlı fikirlərini bildirib. “Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Məmurlar təvazökar olmalı, işdə də, məişətdə də nümunə göstərməlidir
Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü dövlət siyasəti öz identlikliyi ilə diqqəti cəlb edir - bu siyasət bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşır və onun əsas qayəsini insanların arzu və istəklərinin həyata keçirilməsi, vətəndaş məmnunluğunun davamlı şəkildə artırılması təşkil edir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkə rəhbəri kimi Özünün və dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvənir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, Onun və digər ranqlı bütün məmurların ən ümdə vəzifəsi xalqa xidmət etməkdir, eyni zamanda, vətəndaşlar da milli dövlətimizin möhkəmlənməsinə, təhdidlərdən qorunmasına öz töhfələrini verməlidirlər. Məhz bu yolla respublikamızda sarsılmaz xalq-iqtidar birliyi formalaşıb.
Son 17 ilin təcrübəsi deyilənləri əyani şəkildə təsdiqləyir. Ölkəmizdə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Prezident İlham Əliyev mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. Azərbaycan cəmiyyətində dövlətimizin başçısına inamın getdikcə möhkəmlənməsi də məhz bu amillə şərtlənir. Ölkə vətəndaşları Prezident İlham Əliyevin timsalında özlərinin sınanmış liderlərini görürlər, Ona güvənirlər və Onun Azərbaycanın inkişafına hesablanan hər bir çağırışına səs verirlər, dəstək göstərirlər. Azərbaycanın dövlət başçısının belə xəlqi fəaliyyəti ölkənin bütün məmurları üçün nümunə olmalıdır. Prezident İlham Əliyev vəzifəyə irəli çəkdiyi məmurlardan məhz bu kimi keyfiyyətlər tələb edir. “Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidentinin videoqəbulda vəzifəyə yeni təyin olunan icra başçılarına verdiyi tapşırıqların əhatə dairəsi kifayət qədər genişdir. İndiki halda məmurlar öz fəaliyyətlərini kabinetlərində oturaraq həyata keçirməməlidirlər. Onlar rəhbərlik etdikləri rayonlarda vəziyyəti hərtərəfli öyrənməli, təhlillər apararaq mövcud nöqsanları, çatışmazlıqları araşdırılı və onların həllinə nail olmalıdırlar. Rayon səviyyəsində yerinə yetirilməsi mümkün olmayan problemlərin həlli aidiyyəti dövlət orqanlarının qarşısında qaldırılmalıdır. İşlərin yaxşı getməsi üçün icra hakimiyyəti başçılarının, digər məmurların insanlarla bir yerdə olmaları, onlara qayğı və diqqət göstərmələri, vətəndaşları dinləmələri vacib amildir. Təəssüf doğuran haldır ki, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər, hesab edirlər ki, onlara hansısa xüsus imtiyazlar verilib və beləliklə də, qanunları, ənənəvi davranış qaydalarını pozurlar, özlərini təkəbbürlü aparırlar. Prezident İlham Əliyev bildirib ki, rəhbərin təvazökarlığı onun yaraşığıdır. Rəhbər məişətdə də, işdə də nümunə olmalıdır. Bu xüsusda fikirlərini nəzərə çatdıran dövlətimizin başçısı deyib: “Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir”.
Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sözdə yox, əməldə aparılır
Videoqəbulda Prezident İlham Əliyevin vəzifəyə yeni təyin olunan icra başçılarına verdiyi mühüm tapşırıqlardan biri də yerlərdə korrupsiyaya və rüşvətxorluğa yol verilməməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycan dövləti ölkəmizdə şəffaflığın artırılmasına, müxtəlif neqativ halların aradan qaldırılmasına güclü siyasi iradə nümayiş etdirir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə, bu məsələlər öz həllini tapacaq”, - deyə vurğulayıb.
Qeyd edək ki, respublikamızda son 17 ildə qəbul edilən sənədlər və praktiki müstəvidə reallaşdırılan tədbirlər mükəmməl antikorrupsiya platformasının formalaşmasını şərtrləndirib. Xüsusilə son illərdə aparılan institusional islahatlar, o cümlədən də ölkədə idarəetmə strukturunun təkmilləşdirilməsi, yeni çevik qurumların yaradılması, nəzarət mexanizminin gücləndirilməsi korrupsiya, rüşvətxorluq kimi mənfi halların əhatə dairəsinin əhəmiyyətli dərəcədə kiçilməsinə səbəb olub. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçilməsi istiqamətində mühüm addımlar atılır. Məsələn, vergi və gömrük orqanlarında şəffaflığın artırılmasının məntiqi nəticəsi olaraq bəhs olunan qurumların xətti ilə dövlət büdcəsinə əlavə vəsaitlərin yönəldilməsi təmin olunur. Büdcəyə cəlb olunan həmin vəsaitlər isə sosial islahatlar çərçivəsində bilavasitə insanların həyat şəraitinin yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına yönəldilir.
Eyni zamanda, respublikamızda neqativ hallara yol verən məmurlara qarşı mübarizə daha da sərtləşdirilib. Əliəyrilik edən, tabeçiliyindəkilərdən, sahibkarlardan qanunsuz ödəmələr tələb edən məmurlar məsuliyyətə cəlb olunurlar. Bununla bağlı ictimaiyyətə də geniş məlumat verilir. Son vaxtlar aşkar olunan faktlar təsdiqlədi ki, bəzi məmurlar hətta ödənişli ictimai işlərə cəlb edilən aztəminatlı insanlar üçün nəzərdə tutulan vəsaiti belə mənimsəyiblər. Dövlət pandemiya şəraitində məşğulluğa dəstək məqsədilə aztəminatlı insanların ödənişli ictimai işlərə cəlb edilməsi proqramını reallaşdırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ictimai işlərə cəlb olunan vətəndaşların sayının artırılaraq 90 minə çatdırılması nəzərdə tutulub və hazırda müvafiq qurumlar ehtiyacı olan insanların ödənişli ictimai işlərə cəlb edilməsi istiqamətində intensiv iş aparırlar. Ancaq təəssüflər olsun ki, aztəminatlı insanlar üçün nəzərdə tutulan vəsaitlərə göz dikən məmurlar da var. Belə ki, yerlərdə ayrı-ayrı səlahiyyət sahibləri dövlətimizin humanist addımından öz mənafeləri naminə sui-istifadə etməyə çalışıblar. Bu qəbildən olan məmurlar layiq olduqları cəzaları alıblar. Dövlət başçımız tapşırıqlarını verərək bildirib ki, ödənişli ictimai iş yerlərində çalışanların əməkhaqqının mənimsənilməsi kimi hallar təkrarlanmamalıdır. Bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm yerli icra orqanları tərəfindən çox ciddi nəzarət olmalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40

