Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub
27.08.2020 [09:06]
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində avqustun 26-da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş baş tutub.
Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Hər iki ölkənin rəhbərləri arasında mövcud olan sıx təmasların və həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi qeyd olunub.
Ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafına dair həyata keçirilən qarşılıqlı fəaliyyət üzrə yol xəritələrinin əhəmiyyəti qeyd olunub, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən ilin noyabr ayında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində irəli sürülmüş innovasiya sahəsində yeni yol xəritəsinin tezliklə təsdiqlənəcəyinə dair ümid ifadə olunub.
Ticari-iqtisadi münasibətlərin inkişafı və regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malik olan Şimal-Cənub nəqliyyat dəhlizinin tam istifadəyə verilməsinə dəstək ifadə edilib. Həmçinin Samur çayı üzərində tikilmiş yeni sərhəd körpüsünün istifadəyə verilməsinin qarşılıqlı ticarətə və insanlar arası təmaslara yeni təkan verəcəyi qeyd olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər BMT, ATƏT, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair razılıq ifadə ediblər. Baş Assambleyanın COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan xüsusi sessiyasının çağırılması təşəbbüsünün Rusiya tərəfindən dəstəklənməsi məmnunluqla qeyd olunub.
Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törədilən son hərbi təxribata toxunaraq, bu insidentin, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanatlarının münaqişənin danışıqlar yolu ilə həllinə əngəl törətdiyini qeyd edib. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qətnamələrinin tələblərinə uyğun olaraq, mahiyyət üzrə danışıqların aparılmasının vacibliyi vurğulanıb. Öz növbəsində, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov münaqişənin həlli üzrə danışıqların davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Hazırkı qlobal vəziyyətə toxunan nazirlər pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığın önəmini ifadə ediblər. Nazir Ceyhun Bayramov Rusiya mütəxəssislərinin ölkəmizə göndərilməsi də daxil olmaqla, Rusiya tərəfindən Azərbaycana göstərilən yardımı məmnunluqla qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

