/ / Prezident İlham Əliyev: Biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq
Prezident İlham Əliyev: Biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq
16.09.2020 [09:48]
Azərbaycanda pandemiya dövründə milli iqtisadiyyatımızın funksionallığının qorunması və postpandemiya mərhələsində iqtisadi fəallığın artması üçün həyata keçirilən tədbirlər mühüm strateji əhəmiyyətə malikdir
Qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası özü ilə bərabər yalnız insanların sağlamlığı ilə bağlı problemlər gətirməyib. Qlobal pandemiyanın dünya və milli iqtisadiyyatlarda fəsadları da kifayət qədər ciddidir. Azərbaycan pandemiyanın yaratdığı çətinlikləri sırf öz gücünə dəf edir, insanların sağlamlığının qorunmasına, onların sosial müdafisinin gücləndirilməsinə hesablanan tədbirlərin reallaşdırılması üçün böyük həcmlərdə maliyyə vəsaiti ayırır. Eyni zamanda, respublikamızda pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq, milli iqtisadiyyatımızın funksionallığını qorumaq üçün hüquqi və praktiki çərçivələrdə addımlar atılır. Həyata keçirilən tədbirlər həmçinin postpandemiya dövründə iqtisadi fəallığın artmasına real zəmin yaradılması məqsədi daşıyır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında milli iqtisadiyyatımızın postpandemiya dövrünə hazırlanmasının, bu məqsədlə elə indidən zəruri tədbirlərin görülməsinin önəminə xüsusi diqqət çəkib. Bu xüsusda fikirlərini bildirən dövlətimizin başçısı “Biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”, - deyə vurğulayıb.
Qeyd edək ki, respublikamızda növbəti mərhələdə - postpandemiya dövründə yeni inkişaf dinamikasına nail olmaq üçün nəzərdə tutulan tədbirlər həm hüquqi, həm də praktiki çərçivələri əhatə edir. Deyilənlər baxımından Prezident İlham Əliyevin 9 sentyabr 2020-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərman da böyük aktuallıq daşıyır. Sənədə əsasən, 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Beləliklə, deyə bilərik ki, respublikamızda indiki şəraitdə meydana çıxan yeni çağırışlara adekvat olaraq iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi formalaşdırılır.
İqtisadiyyatın dayanıqlılığının saxlanılması və möhkəmləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib
Son 17 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan islahatlar kursu, iqtisadi inkişaf üçün bütün şərtlərin təmin edilməsi, ölkəmizə gələn neft gəlirlərinin məqsədyönlü şəkildə qeyri-neft sektorunun inkişafına yönəldilməsi respublikamızda dayanıqlı iqtisadiyyat quruculuğunu təmin edib. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, hazırda Azərbaycan bütün MDB məkanında ən rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Respublikamızda pandemiya dövründə makroiqtisadi sabitliyin təmin olunması, inflyasiyanın 3 faiz ətrafında qərarlaşması, manatın kursunun sabit qalması və xarici borcun artmaması milli iqtisadiyyatımızın dayanıqlılığı ilə bağlıdır.
Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdən biri ondan ibarətdir ki, ölkəmizdə reallaşdırılan siyasət praktiki yanaşmalar əsasında qurulur və zamanın dəyişən tələblərinə adekvat şəkildə yenilənir, hər yeni mərhələnin tələbləri nəzərə alınmaqla prevantiv tədbirlər görülür. O cümlədən bir sıra çətinliklərlə müşayiət olunan qlobal pandemiya dövründə milli iqtisadiyyatımızdakı müsbət tendensiyaların qorunması və bütövlükdə iqtisadiyyatımızın növbəti mərhələyə - postpandemiya dövrünə hazırlanması üçün yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bununla bağlı fikirlərini ifadə edərək “Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir”, - deyə vurğulayıb.
Bütövlükdə, ölkəmizdə pandemiya dövründə iqtisadi fəallığın təmin edilməsinə və postpandemiya dövrünə hazırlıq məqsədilə reallaşdırılan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun məlumatına əsasən, eyni dövrdə fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm bəhs olunan yeni proqram çərçivəsində banklar tərəfindən böyük həcmlərdə kreditlər ayrılıb. İqtisadiyyat Nazirliyinin rəsmisi bildirib ki, mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib.
İndiki mərhələdə həmçinin iqtisadiyyatımızda genişmiqyaslı şəffaflaşdırma tədbirləri görülür. Pandemiya dövründə respublikamızda əmək müqavilələrinin sayının artması unikal bir hadisədir. Bu o deməkdir ki, Azərbaycanda artıq kölgə iqtisadiyyatı keçmişə qovuşmaqdadır, ölkəmiz üzünü ağ iqtisadiyyata tutub. Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədəki nitqində həyata keçirilən dəstək və qabaqlayıcı tədbirlərin öz səmərəsini verəcəyinə əminliyini bildirərək deyib: “Şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki, həm pandemiya dövründə, həm də postpandemiya dövründə bizə yeni imkanlar qazandıracaq”.
Yeni iqtisadi artım mənbələrinin yaradılması, investisiyaların cəlb olunması İqtisadi Şuranın qarşısına qoyulan strateji məqsədlərdir
Əlbəttə, hazırda pandemiyanın nə vaxt bitəcəyini bəri başdan söyləmək və hansısa proqnozlar vermək çətindir. Ancaq indidən optimal hüquqi və praktiki çərçivələr, idarəetmə strukturu formalaşdırılmalıdır ki, transformasiya prosesi uğurla təmin edilsin. Bu sahədə məqsədə çatmaq üçün ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi yaradılmalıdır. Azərbaycanın dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması da məhz bununla bağlıdır. Sənəddə vurğulandığı kimi, iqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir.
İndiki dövrdə vacib məsələlərdən biri də iqtisadiyyatın investisiya təminatının gücləndirilməsidir. Lazımi həcmlərdə sərmayə olmadan iqtisadiyyatın hansısa bir sahəsində uğur qazanmaq mümkün deyil. Qeyd edək ki, respublikamızda son vaxtlarda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq biznes mühitinin daha da optimallaşdırılması istiqamətində mühüm addımlar atılıb. O cümlədən sahibkarların maliyyə mənbələrinə çıxış imkanları genişlənib, su, qaz, elektrik enerjisi xətlərinə qoşulma və biznesə başlama prosedurları əhəmiyyətli dərəcədə sadələşdirilib. Pandemiya şəraitində tətbiq olunan vergi və digər güzəştlər sahibkarlar üçün əlavə imkanlar deməkdir. Eyni zamanda, uzunmüddətli sabitlik, müasir infrastruktur ququculuğu və bu kimi digər mühüm amillər respubllikamızda əlverişli investisiya mühitinin formalaşmasını təmin edib. Prezident İlham Əliyevin imzaladığı sənədlərə əsasən ölkəmizdə investisiyaların səmərəli təşviqi mexanizmi işə salınıb. Bütün bu imkanlardan bəhrələnən sahibkarlar bir sıra çətinliklərlə müşayiət olunan pandemiya şəraitində öz investisiyalarını məhz ölkə daxilinə yönəltməlidirlər. İndiki mərhələdə milli sahibkarlarımızın vəsaitləri milli iqtisadiyyatımızın xeyrinə işləməlidir. Prezident İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında ölkəmizin investisiya cəlbediciliyinin yüksək olduğuna diqqət çəkərək “Xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar”, - deyə vurğulayıb.
Azərbaycan Prezidenti həmçinin xaricdə yaşayan azərbaycanlıları da respublikamıza investisiya yönəltməyə çağırıb. Bəhs olunan açılışda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verərək bildirib ki, dövlət başçımızın çağırışına sahibkarlardan - həm Azərbaycanda, həm də ölkəmizdən kənarda fəaliyyət göstərən iş adamlarından reaksiya gəlir. Artıq respublikamıza sərmayə yönəltmək istəyən sahibkarlardan müraciətlər daxil olub və onlarla əlaqə saxlanılıb.
Yeni yaradılan İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər dövlət başçımızın bu çağırışı ilə bir-birini tamamlayır. Belə ki, yeni yaranan Şuranın qarşısında qoyulan strateji məqsədlər daha dayanıqlı iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbi və qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsidir. İqtisadi Şura ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda baş verən prosesləri öyrənilməli, ölkə iqtisadiyyatı üçün yarana biləcək daxili və xarici mənfi təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. İqtisadi Şura post-pandemiya dövründə Azərbaycanın milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasına, səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olmalıdır. Yeni iqtisadi artım mənbələrinin yaradılması İqtisadi Şuranın qarşısına qoyulan starteji məqsəddir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38

